NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLANLAR SAXLANILDILAR












Xaşmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində çətənə kolları yetişdirən və narkotik vasitələrinin satışında şübhəli bilinən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan dogruxeber.tv-a verilən məlumata görə, mayın 18-də Xaçmaz RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsindərayonun Niyazoba kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ceyhun Hacıyevin evinə baxış keçirilib.
Hal şahidlərinin iştirakı ilə həyatyanı sahəyə baxış zamanı, həyətin içərisində olan yarımtikilidən və həyətdə olan su çəninin üzərindən 21 ədəd taxta yeşiklərə yığılmış ümumi sayı 606 ədəd olan ağ rəngli birdəfəlik istifadə olunan plastmas stəkanlarda əkilərək, xüsusi aqrotexniki qulluq olunmuş çətənə (kannabis) kolları aşkar olunub.
Bioloji ekspertizaya təqdim olunan maddi sübutlar, əkilib becərməsi qadağan olunmuş kannabis olduğu barədə rəy verilib.
Dindirilmə zamanı o, çətənə kollarını özü becərdiyini bildirib.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər uğurlu əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olunan şəxslər saxlanılıb.
Belə ki, mayın 8-də Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Çingiz Adıgözəlov saxlanılıb. Üzərində şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin yan cibindən bir ədəd kibrit qutusunda 5,438 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Mayın 17-də isə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər sakini Qurban Fərzəliyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən şəxsi axtarış zamanı bir ədəd kağız bükümdə 5,507 qram qurudulmuş marixuana aşakarlanıb.
Faktlarla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Nizam Həmidov
polis leytenantı

NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLANLAR SAXLANILDILARNARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLANLAR SAXLANILDILAR

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər