dunya
24.05.2018, 04:00
Türkiyədə zəlzələ oldu

Türkiyənin Bitlis şəhərində zəlzələ baş verib.
"dogruxeber.tv" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, zəlzələnin gücü 4,2 bal olub. Təkanlar 8,5 kilometr dərinlikdə qeydə alınıb. Yerli vaxtla saat 01:10-da baş verən zəlzələnin episentri Hizan qəsəbəsindən 3 km qərbdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.


