AzTV sədri məhkəmə qarşısına çıxacaq









Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər məhkəmə tərkibinə etiraz veriblər. Etiraz baxılmamış saxlanılıb.

Təqsirləndirilən şəxslər tərəfindən A.Alışanovun məhkəməyə çağırılması və o gələnədək məhkəmə baxışının təxirə salınması, əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti qismən təmin edib. Hakim A.Alışanovun məhkəməyə gətirilməsi üçün ona bildiriş göndəriləcəyini bildirib.

Şahid qismində Abı Həsənov ifadə verib. O, ifadəsində oğlunun adına olan 2 hektar 30 sot torpağı Şücayət Əkbərova satdığını göstərib. Şahid tərəflərin suallarını cavablandırıb. O, uzun müddət icra nümayəndəsi işlədiyini deyib:“Arif Alışanovla rastlaşsaydım hər şeyi ona deyəcəkdim. Mənə Şücayətgil tərəfindən təzyiqlər olurdu, işdən çıxarıb yerimə öz yaxın adamını gətirmək istəyirdilər”.



Ş.Əkbərov şahidin dediklərini təsdiq edib. O, qısa çıxış edərək göstərib ki, kəndi öz əllərinə almaq üçün belə bir varianta əl atıblar: “Alışanovla birlikdə Sədaqəti icra nümayəndəsi qoymaq üçün 100 min manat vermişdik. Digər icra nümayəndəsini də işdən çıxarmaq istəyirdik. Məqsəd kəndi ələ keçirmək idi”.

Vəkilin şahidə Ş.Əkbərovun “A.Alışanovu aldadıb pulunu ələ keçirməsində iştirak etmisinizmi?” sualına A.Həsənov “mən bu barədə sonradan eşitmişəm” cavabı verib.

Daha sonra şahid qismində S.Əkbərovun qaynı Səlim Sadıqov dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiq edib. Şahid Nəriman Cabbarov ifadəsində Şücayət Əkbərovun vasitəçiliyi ilə 120 min manata torpaq sahəsi satdığını deyib: “30 hektar torpağı Şücayətin yanında gələn Hacı Babayevə satmışam”.



Zərərçəkmiş H.Babayev belə bir şey olmadığını deyib: “Hacı mənəm, sən yalan danışırsan, mən səni görməmişəm”. Şahid istintaqa doğru ifadə verdiyini, alqı-satqısını notariat qaydada həyata keçirdiklərini, pulu bankdan aldığını deyib: “Mən torpağı satıb pulumu bankdan götürmüşəm. Kimin adına rəsmiləşdirilib, məni maraqlandırmır. Alqı-satqıda Şücayət məni aldatmayıb”.

Şahid Novruz Həmzəyev ifadəsində atasının adına olan torpaq sahəsini Şücayətə satdığını göstərib. Şahid Ayət Nuraliyev ifadəsində təqsirləndirilən şəxslərlə eyni kənddən olduqlarını bildirib: “Karrar kəndində torpağım olub. Hektarı 500 manata Şücayətlə razılaşmışam. Pulu Aqşindən almışam”.

Məhkəmə iyulun 1-də saat 11 də davam edəcək.

AzTV sədri məhkəmə qarşısına çıxacaq

AzTV sədri məhkəmə qarşısına çıxacaq

Son xəbərlər

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bütün xəbərlər