Hacıqabulda böyük təxribat: Türk Şəhidliyi lövhəsi hansı məmurun tapşırığı ilə götürülüb













Azərbaycan-Türkiyə qardaşlığını sinirməyən bəzi məmurlar Cümhuriyyətin 100-cü ildönümündə daha bir rəzalətə yol veriblər.

Yenicag.az xəbər verir ki, Hacıqabul rayonu ərazisində yerləşən Türk Şəhidliyinə istiqaməti göstərən yol lövhəsi müəmmalı şəkildə yığışdırılıb.

Ötən gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ölkədə və qardaş Türkiyədə böyük coşqu ilə qeyd edildi.

Azərbaycanda bu münasibətlə təşkil olunan tədbirlərdə rəsmi qurumların “iz”i o qədər görünməsə də, ictimai qurumlar Cümhuriyyətin 100 illiyi münasibəti ilə əllərindən gələni ən yaxşı formada ortaya qoydular.

Media və sosial şəbəkələrdə gedən müzakirələrə əsaslansaq, Heydər Əliyev Fondunun dəstəyi və BP şifrkətinin sponsorluğu ilə çəkilən, prodüseri Arzu Əliyeva olan “Son iclas” filmi Cümhuriyyətin yubileyinə böyük hədiyyə kimi dəyərləndirilir.

Təbii ki, Cümhuriyyətin 100 illiyi ilə əlaqədar ciddi aksiyalar keçirə biləcək dövlət qurumlarının “qaloçka” xatirinə keçirdikləri sönük konfranslar fonunda “Son iclas” filmi həqiqətən də, çox parlaq iş olaraq, görülür.

Vurğulandığı kimi, Cümhuriyyətin 100 illiyi qardaş Türkiyədə də yüksək səviyyədə qeyd olunub və burada qeyri-adi heç nə yoxdur.

“Bir millət, iki dövlət” prinsiöinə əsaslanan qardaş ölkələrdə artıq “sənin-mənim” deyə bir bölgü qalmayıb, qarşılıqlı münasibətlər elə yüksək bir səviyyəyə çatdırılıb ki, mühüm tarixi hadisələr eyni miqyasda qeyd olunur.

Burada əlbəttə ki, prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasındakı münasibətlərin təsiri də unudulmamalıdır.

Bu baxımdan, Cümhuriyyətin 100 illiyinin Türkiyədə böyük coşqu ilə keçirilməsi təbii haldır. Türkiyədə təşkil olunan möhtəşəm tədbirlər, dövlət başçısı və naizrlər səviyyəsində göndərilən təbriklər, İstanbul 15 iyul körpüsünün Azərbaycan bayraqları ilə bəzədilməsi, türkiyəli qardaşlarımızın sosial şəbəkələrdə bu münasibətlə etdikləri paylaşımlar çox gözəl mənzərə yaradıb.

Bununla belə, Azərbaycanda bu qardaşlığı sinirə bilməyən, Türkiyə ilə münasibətlərə hər fürsətdə zərbə vurmağa çalışan məmurlar Cümhuriyyətin 100 illiyində də bu əməllərindən qalmadılar.

Nə qədər acınacaqlı olsa da, nəzərdə tutulan məmurlar Hacıqabul rayonu ərazisindən keçən yolda Türk Şəhidliyinə istiqaməti və məsafəni göstərən yol lövhəsini götürməklə daha bir rəzalətə qol qoyublar.
Hətta nəzərə almağı belə lazım bilməyiblər ki, o lövhə Azərbaycan-Türkiyə qardaşlığının bir rəmzi olaraq, ölkənin müvafiq dövlət qurumları tərəfindən qoyulub.

Ancaq çox təəssüf ki, Hacıqabul rayon İcra Hakimiyyəti hansısa məmurun zəngi əsasında həmin lövhələri yoxa çıxarıb.

Təbii ki, Hacıqabul rayon İcra Hakimiyyətinin bu yolverilməz addımı yerli əhali ilə yanaşı, o lövhənin qoyulmasında böyük əməyi keçən türkiyəli qardaşlarımızın dərin narahatlığına səbəb olub və onlar da Türk Şəhidliyinə qarşı bu sayğısızlığın ən qısa müddətdə aradan qaldırılmasına çalışırlar.

Məsələ ilə bağlı əlaqə saxladığımız mənbənin sözlərinə görə, haqqında danışılan lövhənin götürülməsi üçün göstəriş Bakıdan – kifayət qədər yuxarı instansiyadan verilib. O, lövhəni yol üstündəki bir yeməkxananın arxasına qoyuduğunu deyib.

Hacıqabulda böyük təxribat: Türk Şəhidliyi lövhəsi hansı məmurun tapşırığı ilə götürülüb

Hacıqabulda böyük təxribat: Türk Şəhidliyi lövhəsi hansı məmurun tapşırığı ilə götürülüb

Son xəbərlər

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bütün xəbərlər