hadise
1.06.2018
Yolu keçmək istəyən gənci maşın vurub öldürdü

Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub.
"dogruxeber.tv"nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 20-24 yaşlarında olan Musa adlı gənci vurub. Yaralı xəstəxanaya aparılanda yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.


