Rusiya XİN-in cavabının dəyişdirilməsinə Bakıdan - Reaksiya














“Mətbuat katibi olaraq Rusiyadan olan həmkarımın hal-hazırda danışıqlar prosesinin əsl mahiyyətinə uyğun peşəkar və diplomatik şifahi cavabının semantik-linqvistik yolla dəyişdirilməsini başa düşə bilmirəm”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Rusiya xarici işlər nazirliyinin nümayəndəsinin sözlərinin stenoqramının orijinal nitqdən fərqli təqdim olunması ilə əlaqədar şərhində XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib: “Bu ağılasığan və başa düşülən hal deyildir. Trend agentliyi tərəfindən təqdim olunan videoda açıqlamanın Ermənistan baş nazirinin qondarma rejimin danışıqlar tərəfi olması iddiası kontekstində verildiyi və Ermənistan rəhbərliyinin bu addımının qeyri-konstruktiv adlandırıldığı aydın şəkildə görünür. Rusiya XİN-nin rəsmi saytında mətbuat konfransının stenoqramasında isə zəngin rus dilinin imkanlarından istifadə edilərək verilən cavabın guya Trend-in jurnalistinin sualına aid olduğu yazılır.

Əlavə etmək istərdim ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejiminin danışıqlarda iştirak etməsi barədə Ermənistanın yeni hakimiyyətinin iddiaları tamamilə əsassız, gülünc və qeyri-konstruktivdir. Azərbaycan ərazilərini güc yolu ilə işğal edən və işğal olunmuş ərazilərdə öz hərbi mövcudluğunu saxlayan dövlət olaraq Ermənistan məsuliyyət daşıyır. Bu beynəlxalq hüquqi məsuliyyət Ermənistanı avtomatik olaraq münaqinin tərəfi edir.

Xarici işlər naziri Elmar Məmmədyarov ilə 15 mayda Parisdə keçirilmiş görüşdə həmsədrlər özləri Ermənistanın bu mövqeyinin əsassız olduğunu bildirmişdilər.

Göründüyü kimi Ermənistanın yeni rəhbərliyi qəbul olunmuş mövcud format və gündəlik əsasında münaqişənin həlli istiqamətində çalışmaq əvəzinə bu kimi əsassız iddialarla danışıqlar prosesini pozmağa və ya iflic etməyə cəhd göstərir”.

Son xəbərlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Bütün xəbərlər