dunya
8.06.2018
BMT-dən “Taliban”a atəşkəs çağırışı
![]()
BMT Baş katibi Antonio Quterreş “Taliban” terror təşkilatını Əfqanıstan hökumətinin atəşkəs təklifini qəbul etməyə çağırıb.
“dogruxeber.tv” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, A.Quterreş Əfqanıstan prezidenti Əşrəf Qaninin atəşkəs elan etməsini yüksək dəyərləndirdiyini söyləyib.
O, bu prosesdə Əfqanıstanı dəstəkləməyə davam edəcəklərini bildirib.
Qeyd edək ki, Ə.Qani qarşıdan gələn Ramazan bayramını da nəzərə alaraq 12-19 iyun tarixlərində “Taliban”a qarşı əməliyyatların dayandırılmasına qərar verib. Lakin, İŞİD, “Həqqani” və digər terrorçulara qarşı mübarizə davam etdiriləcək.


