Tərbiyəçi adı boynuna zorla qoyulmuş qadınlar...













Nərmin Dadaşova

Gün ərzində sosial mediada bağçada müəllimlər tərəfindən döyülən uşaqların videoları qarşıma çıxdı. Ta saatın bu gec vaxtına qədər videonu görməzdən gəldim, özümdə güc tapıb baxa bilmədim. Kaş elə sona qədər də baxmazdım. Ürəyim burxuldu.

3 ilə yaxındır ki, mən də qızlarımın taleyini bağçaya bağlamışam. Ay sosiallaşırlar, dostları, həmyaşıdları ilə bərabər günlərini daha maraqlı keçirirlər kimi bəhanələrlə özümü ovutsam da etiraf edim ki, bu üç ildə orda keçirdikləri hər dəqiqəyə görə vicdan əzabı çəkirəm. Çünki mən bir valideyn olaraq uşaq bağçasındakı tərbiyəçilərin səmimiyyətinə, dürüstlüyünə özümü inandıra bilmirəm. Və onların mənim qızlarıma, sənin uşaqlarına şəxsiyyət, fərd, ömrünün ən mühim formalaşma dövrünü yaşayan insandan daha çox 10-15 manat pul və sadəcə iş kimi baxdıqlarından bütün analığımla əminəm, oxucu dost.

Hələ bağça müdirlərinin ədaları, bağçanı öz dədə-baba ocaqları kimi idarə etmələri, sürdükləri maşınların evimizin kvadratından böyük olmasını demirəm. Demirəm, çünki əminəm ki, səni də mənim kimi bizim ödədiyimiz qeyri-qanuni pullar hesabına alınmış o maşınlar, o ədalar maraqlandırmır. Bizi uşaqlarımız maraqlandırır...

Bir dəfə qızımın müəlliməsindən onunla daha nəzakətli davranmasını xahiş etdim. Müşahidələrim və hisslərim məni ciddi şəkildə narahat edirdi. “Dəniz həssas uşaqdır, xahiş edirəm, bunu nəzərə alın” dedim. Dodağı sağa-sola qaçdı qadının, gülməmək üçün özünü güclə saxladı. Amma əminəm, əminəm ki, ürəyində “həssas uşaq” sözünə görə məni məsğərəyə qoydu. Uşaq nədir, həssaslıq nədir. İndiki şərtlərlə, əsəbləri tarıma çəkilmiş “tərbiyəçi” adı boyunlarına zorla qoyulmuş qadınların yanında uşaq ancaq “padoş” ola bilər...

Bağçada çəkilmiş məlum görüntülərdəki uşaqları ora-bura itələyən tərbiyəçilərə baxanda tanımaza-bilməzə hamısının xarakterini müəyyən etdim özlüyümdə. İçlərindəki canavarı gördüm, arxadaş. Ümumiyyətlə mənə görə yaxşı adam anlayışının başında bu tezis dayanır- Bütün uşaqları öz övladı kimi sevən adamdan heç kimə ziyan gəlməz.

Bunu bir dəfə də demişdim, qızlarımın yaddaşından qorxuduğum qədər heç nədən qorxmuram. Uşaqlıqlarından yaddaşlarında səhər işə tələsən, axşam dünyanın ağırlığını, metronun basabasını, bir də uşaqlarından aralı olduğu dəqiqələrin vicdan əzbını canına yığmış yorğun ana qalsın istəmirəm.

Bağça müdirləri, tərbiyəçilər, lütfən bizi uşaqlarımızın gözündən salmayın. Onlara yaşatdığınız hər travmada, hər stresdə bizə olan güvənləri itir. Bir də, bütün qələmdaşlarıma səslənirəm. Xahiş edirəm məsələni diqqətdə saxlayaq, bizim – medianın, ictimai qınağın gücü dağı da yerindən oynadar, bunu yaxşı bilirik.

Gəlin bütün uşaqların anaları, ataları olaq. Gəlin özlərini müdafiə edə bilməyən balaca balalarımızın kiminsə qapazaltısı olmalarına, travmalarla böyümələrinə göz yummayaq. Bu gün əzilən uşaq, sabah əzən tərəf olacaq...

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər