“Facebook”da yüksək vəzifəli məmuru tənqid etdi – Özü cavab yazdı













Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov sosial şəbəkələrdə rəhbərlik etdiyi quruma irad bildirən vətəndaşın sualını cavablayıb.

“Qafqazinfo” xəbər verir ki, bir neçə gün əvvəl Günel Aşirova adlı istifadəçi Dövlət Miqrasiya Xidmətini və rəhbərini tənqid edərək status yazmışdı.

O, Azərbaycanda DYİ (Daimi Yaşama İzni) kartını yeniləmək istərkən problemlə üzləşdiyini bildirib:

“Ey Harvard məzunu cənab rəis, may ayındakı 4cə saatlıq görüş günündə neçə əcnəbi qəbul etdiniz?

Azərbaycanda DYİ (Daimi Yaşama İzni) kartımın vaxtı bitir deyə yenidən uzatmaya müraciət etməliyəm. Adı DYİ olsa da 5 illik müddəti var. İlkin müraciət və uzatma üçün eyni prosedurdu. Mənim üçün heç bir güzəşt yoxdu.

Sayta daxil oldum, boşluqlar və səhvlərlə dolu. 5 ildə bircə növbə promlemini tənzimləyiblər. Əvvəl səhər 10:00-da gedib növbədə 194-cü adam olurdum. İndi online növbə götürə bilirsən.

Saytda yazıldığına görə bizim Azərbaycan haqqındakı dil, hüquq və tarixi biliyimiz müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır.

Yazılan məktubu ciddiyə almırlar deyə Xidmət rəisinin qəbuluna düşməyi düşünürdüm. Rəsmi saytlarında yazılana görə qəbul hər ayın sonuncu həftəsinin şənbə günü saat 9-13:00 arasıymış.

Hər 2 müavinin də ayda 1 dəfə, 4 saatlıq, 3-cü müavininsə saat 14:00da cəmi 1 nəfərlik qəbul günü varıymış. Qəbullarına da 1 gün öncədən yazılmaq olurmuş. Reallıqda isə görüşə yazılmaq, görüşmək real deyil”.



Daha sonra Vüsal Hüseynov statusa özü şərh yazıb:

“Qeydləriniz üçün Təşəkkürlər! Vətəndaş qəbulu ilə bağlı 2 dəfə qəbul keçirmişəm, 28 aprel və 29 may tarixlərdə, birincidə 73, ikincidə 92 vətəndaş qəbul etmişik. 4 may tarixdə qəbul olmayıb. Qeyd etdiyiniz digər məqamlarla bağlı bu gün sizinlə əlaqə saxlayacaqlar”.


“Facebook”da yüksək vəzifəli məmuru tənqid etdi – Özü cavab yazdı


“Facebook”da yüksək vəzifəli məmuru tənqid etdi – Özü cavab yazdı

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər