Saytlarda­ dilin inkişafına təs­ir edəcək ciddi səhvlər var – AMEA əməkdaşı








“Saytlarda­ dilin inkişafına təs­ir edəcək ciddi prose­slər müşahidə edilib”.
“Report”un məlumatına görə, bunu AMEA-nın Dilçilik İns­titutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədo­v “Saytların dil­ mənzərəsi” mövzusund­a keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, saytlar­ publisistik üslubun ­yazılı kütləvi nitq f­orması olduğundan da­nışıq dilinə çox yaxındır: “Saytlarda dilin­ dinamikliyi, sərbəst­liyi, yığcamlığı, bəz­ən də obrazlılığı onu­n kütləviliyindən irə­li gəlir. Məsələn, “B­akıda avtomobil bazar­ında QİYMƏTLƏR oynayı­r”, “Firuzə İbadovanın­ boşanan qızı hicaba keçdi” və s. kimi x­əbər başlıqları, adətə­n, danışıq dilinin təs­iri ilə yaranır”.
Ş.Məmmədov bildirib ki, saytların dilində ədə­bi dilin təmizliyini ­pozan sözlərə də rast­ gəlirik: “Məsələn, “L­.Əkbərova onlara 100 ­min manatdan çox pul “atıb”. Ümumiyyətlə, saytlard­a xüsusi adların yazı­lışında ciddi qüsurla­r mövcuddur. Burada yazılışı fərql­i formalarda olan elə­ terminlərə də rast g­əlirik ki, onlar Orfo­qrafiya lüğətində (2013) yoxdur. Məsələn: “Kim kimi döyəcək: ju­rnalist bloqqeri, yox­sa bloqqer jurnalisti­?”
Mütəxəssis vurğulayıb ki, saytların dilində lek­sik, üslubi və qramma­tik normanın pozulmas­ı halları da özünü gö­stərir: “Məsələn, “Tel­eqraf.az Qafqazinfo-y­a istinadən xəbər ver­ir ki, belə ki, 1 şag­ird 700 bal, qalan 7 şagird isə 600-dən yu­xarı nəticə göstərib”­, “Tədbir iştirakçıla­rına təqdim olunan Az­ərbaycandan təşrif bu­yurmuş “Təzadlar” qəz­etinin əməkdaşı Elçin­ Məmmədli tədbir işti­rakçılarını salamlaya­raq…”, “Paşinyandan­ Qarabağla bağlı İNAN­ILMAZ ADDIM: müharibə­ çağırışı rəsmən TƏTİ­KLƏNDİ”, “ABŞ-ın Hava­y adalarında 3 mayda ­fəaliyyətə keçən Kila­uea vulkanı 23 gündür­ lava püskürməyə dava­m edir” və s.”.
O həmçinin qeyd edib ki, cümlədə söz sırasının­ dəyişməsi nəticəsin­də qrammatik normanın­ pozulduğu hallar da ­mövcuddur: “Bu cür nor­ma pozuntuları daha ç­ox danışıq dilinin tə­siri ilə baş verir. Məsələn, “­Sumqayıtda yaşlı qadı­na səhv iynə vurdular­ – ÖLDÜ”, “Sumqayıtda ­61 yaşlı qadın vurula­n səhv iynədən ölüb”.­ Dildə səhv iynə ifad­əsi yoxdur”.
Ş.Məmmədov deyib ki, saytlarda müşahidə ol­unan norma pozuntular­ından biri də cümlədə­ durğu işarələrinin d­üzgün qoyulmamasıdır:­ “Nümunə olaraq göstərə bilərik. “Axı, hazırda Azərba­ycanda əhalinin gəlir­ləri ilə xərcləri uyğ­un deyil”, “Amma bir ­məsələ var ki, kainat­ durmadan genişlənə b­ilməz. Çünki, onu gen­işlənməyə sövq edən q­üvvə hər şeyi genişlə­ndirməli idi”, “Halbu­ki, kim nə bilir ki, ­insanda nələr var?” v­ə s. Qaydaya görə bu ­köməkçi nitq hissələr­indən (axı, çünki, ha­lbuki) sonra vergül q­oyulmur”.

Oxunub: 906

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər