Azərbaycanlı deputat 6 saat ifadə verdi – “Təxribatdır…”













Gürcüstan parlamentinin “Milli hərəkat” partiyasının deputatı Azər Süleymanov Marneuli sakininin döyülməsi ilə hər hansı əlaqəsinin olmasını inkar edib.

Deputat “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dünən altı saatdan artıq ifadə verib. Süleymanov Marneuli meri Temur Abazov və Bidzini İvanişvilinin ünvanına feysbukda təhqir videosu yayımladıqdan sonra sakin Elçin Allahverdiyevlə görüşdüyünü deyib. Deputatın sözlərinə görə, zərərçəkən artıq bir neçə ildir ki, “Gürcü arzusu” partiyasının üzvü olsa da, özünü “Milli hərəkat” partiyasının nümayəndəsi kimi təqdim edib:

“Elçin Allahverdiyevi döyməmişəm. Sadəcə ondan bir şey soruşdum ki, niyə üzvü olmadığın halda bizim partiyanın adından belə iyrənc ifadələr işlətmisən. Həmin vaxt ofisdə “Gürcü arzusu” partiyasının nümayəndələri də olublar. Söhbət onların yanında gedib.

Görürsünüz ki, bu gün Gürcüstanda dövlət nə gündədir. Dağıla-dağıla gedir. Dünən baş naziri çıxardılar, beş gün öncə baş prokuroru. Öz günahlarını kiminsə boynuna qoymaq istəyirlər. Çünki söyüş söyən şəxs “Gürcü arzusu” partiyasının üzvü olub. O, hansısa orqan tərəfindən göndərilmiş təxribatdır. Bizim partiyanın üzvü olmadığı halda niyə partiyamızın adından danışsın ki? Həmin şəxs alçaq adamdır. Düşmən də olsa heç kimin ailəsini söymək olmaz. Biz Qafqaz millətiyik, ailə dəyərlərimiz yüksəkdir.

Əlbəttə zorakılığı da qınayıram. O kadrlar mənə də xoş gəlmədi. Təhqiredici hərəkətlərdir. İkinci tərəfi də qınayıram ki, belə bir iş varsa, hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. O insan kimlərsə tərəfindən öyrədilmiş şəxsdir. Niyə aksiyaya gedib və bizim partiyanın adından istifadə edib, yəqin ki, qısa vaxtda üzə çıxacaq. Bütün suallara cavab verməyə hazıram, bu cinayətlərin iştirakçısı deyiləm”.

Qeyd edək ki, artıq prokurorluq yerli sakin Elçin Allahverdiyevi döyməkdə ittiham edərək müxalif deputata qarşı cinayət təqibinə başlayıb. Deputat toxunulmazlığına görə Azər Süleymanov saxlanılmayıb. Ona qarşı irəli sürülən ittiham üzrə deputatı 2 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.



Süleymanova qarşı ittihamları “Milli hərəkat” fraksiyasının üzvü Roman Qoçiridze də şərh edib. O, gürcü mediasına açıqlamasında bildirib ki, partiya bu insidentin siyasi məqsədlər üçün istifadəsinə imkan verməyəcək:

“Ola bilsin ki, Azər Süleymanova təzyiq göstərmək istəyirlər. O, altı ildir ki, müxalifətdədir. Parlamentdə “Milli hərəkat” fraksiyası yaradılanda ona təzyiqlər edilirdi. Onu qorxudurdular, rüşvət vermək istəyirdilər ki, “Milli hərəkat”ın yaradılmasına yardım etməsin. Bu cəhdlərə baxmayaraq, Süleymanovu yola gətirmək və fraksiyanı dağıtmaq mümkün olmadı. Çünki o düzgün insandır və əsl döyüşçüdür”.


Azərbaycanlı deputat 6 saat ifadə verdi – “Təxribatdır…”

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər