6 manatlıq salatı turistə 41 manata satdılar – Bakıda













İstirahət mövsümünün start götürdüyü bir vaxtda ölkəmizə turist axını davam etməkdədir. Xüsusi ilə Yaxın Şərq ölkələrindən gələn turistlər Bakı və digər istirahət mərkəzlərinin olduğu bölgələrimizə üz tuturlar.

Ümumiyyətlə, turist artımının hər bir ölkənin həm turizm sahəsini, həm də iqtisadiyyatını dirçəltdiyi hər birimizə məlumdur. Bunun üçün istirahət mərkəzləri, otellər, kafe və restoranlar öz xidmət səviyyələrini inkişaf etdirməkdə maraqlı olmalıdır. Lakin, təəssüf ki, bunun əksini gələn vətəndaş şikayətlərindən də görürük.

Tez-tez mediada kafe və restoranlarda turistlərə qarşı “hesab şoku” yaşadılması ilə bağlı xəbərlər yer alır. Turistlər aldığı yeməyin öz qiymətindən ən azı 2 dəfə çox hesab ödəməli olur. Hətta restoran və kafelərin turistlərə qarşı bu ədalətsiz qiymət siyasətinə yerli vətəndaşlar da etiraz etməyə başlayıb.

“ Azinforum.az ” Minval.info-ya istinadən “PAKDAD” restoranlar şəbəkəsi ilə bağlı daxil olan vətəndaş şikayətini sizlərə təqdim edir: “Bakı sakini olan Günay adlı xanım özünün şahidi olduğu hadisədən hiddətlənib, bununla bağlı şikayətini bildirib.

Belə ki, asiyalı vətəndaş buradan bir yemək və salat götürüb və bunun müqabilində 41 AZN ödəməli olub. Daha sonra həmin turist kassirdən yanındakı yerli sakinin götürdüyü yeməyin qiymətini soruşub, kassir turistə “siz götürdüyünüzün qiyməti ödəyin, daha sonra həmin yeməyin qiymətini deyərik”- deyib nəhayət onda pulu alıb. Bunun şahidi olan azərbaycanlı müştəri vəziyyətə müdaxilə edərək, turistin götürdüyü yeməyin qiymətini öyrənib. Məlum olub ki, həmin asiyalı turistin götürdüyü yemək 7 AZN, salat isə 6 manat imiş. Yerli sakin kassirdən çek tələb edəndə isə kassir ona “siz əyləşin biz özümüzü problemi həll etməyə çalışarıq”- deyib. Qeyd edək ki, hadisə restoranın “28 Mall” ticarəkt mərkəzində yerləşən filialında baş verib.

İddialara görə, bu hadisə “PAKDAD” restoranlar şəbəkəsində ilk hadisə deyil. Məsələ ilə bağlı sayt restoranın səlahiyyətli nümayəndəsi ilə əlaqə saxlayıb. Sualları “PAKDAD”-ın şöbə müdiri Mahmudov Aqil cavablandırb. O, xəbərin “PAKDAD”-a qarşı təxribat olduğunu deyib. “Biz neçə ildir fəaliyyət göstəririk. Sübut etsinlər, sonra danışsınlar. Bizdə belə bir hal yaşana bilməz”, -deyərək hadisəni inkar edib.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, Azərbaycanda bu halların tez-tez yaşanır: “Üzü dənizə tərəf oturmusansa, qiymət dəyişir, çay istəyirsənsə, istədiyindən artığını gətirib səni xərcə salacaqlar” – deyən Eyyub Hüseynov təkcə turistlərə qarşı deyil, hətta yerli sakinlərə qarşı da şişirdilmiş qiymətlərin tətbiq olunduğunu bildirib:

“Bununla bağlı dəfələrlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi dövlət qurumuna şikayətlər etmişik. Onlar da bütün şikayətçiləri məhkəməyə yönləndirir. Əlbəttə ki, bu da işin uzanmasına səbəb olur”.

Lakin E. Hüseynov İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaranması barədə qərar qəbul olunduğunu və bu işlərin nizamlanacağına ümid etdiyini bildirib. “”Ümid ən sonda ölür” deyib bizdə nə vaxtsa sahibkarların vicdanlarının səsinə qulaq asıb, daha sakit şəraitdə öz işlərini görəcəklərinə ümid edirik”.

Son xəbərlər

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Bütün xəbərlər