“Bizdə elə silah-sursat var ki, onlar haqqında biz özümüz danışmırıq”















Bir neçə gün öncə müdafiə naziri Zakir Həsənov keçirdiyi mətbuat konfransında ki, qarşıdakı paradda erməniləri aprel döyüşlərində vahiməyə salan bəzi silahların nümayiş etdiriləcəyini, bəzilərini isə hələ də göstərməyəcəklərini demişdi.
Erməniləri vahiməyə salan və ya salacaq hərbi texnikanı paradda nümayiş etdirmək nə dərəcədə doğrudur? Əslində işğalçıya paradda deyil, döyüş meydanında hərbə-zorba gəlib görmədikləri texnikadan qulaqburması vermək doğru deyilmi?
Məsələyə münasibət bildirən Moderator.az -ın rus versiyasının redaktoru, tanınmış hərbi ekspert Üzeyir Cəfərov müdafiə naziri Zakir Həsənovun dediklərini təsdiqləyərək bildirib ki, parada cəlb edilən texnikalar nəyimiz var o anlamına da gəlməməlidir:
Müdafiə naziri Zakir Həsənovun ötən həftə keçirdiyi mətbuat konfransında diqqətimi daha çox cəlb edən məqamlardan biri bir neçə saatdan sonra gerçəkləşəcək Hərbi Paradda son vaxtlar aldığımız bəzi silahların nümayiş etdiriləcəyini, bəzilərini isə hələ də göstərməyəcəklərini deməsi oldu. İndi hörmətli müdafiə nazirimizin bu fikirləri cəmiyyətin müxtəlif təbəqələri arasında müxtəlif cür təhlil edilir, müxtəlif yanaşmalar var. Bir qism insan belə məsələlərin açıq şəkildə deyilməsinin tərəfdarı olsalar da, digər bir qisminin isə mümkün çərçivədə belə məsələləri bir qədər ehtiyatla ictimailəşdirmənin tərəfdarıdırlar. Anlaşılandır və hesab edirəm ki, hər iki fikrə hörmətlə yanaşmaq laızmdır. Mən də müdafiə nazirimizin dediklərinin tərəfində olan şəxslərdən biri hesab edirəm özümü. Bəli, biz çəkinmədən erməniləri vahiməyə salan və ya salacaq hərbi texnikanı paradda nümayiş etdirməliyik və burada heç bir təhlükəli məqam görmürəm. Onsuz da 21-ci əsrdə-texnologiyalar o qədər mükəmməl işlənilib hazırlanıb ki, hərbi sirr deyilən çox az məlumatlar var. Və dünyanın istənilən nöqtəsində istehsal olunan ən müasir silah-sursat çıx qısa bir zamanda demək olar ki, hər kəs üçün əlçatımlı olur. Yəni, onun haqqında bilgi əldə etmək o qədər də çətin olmur. Sözsüz ki, müdafiə naziri kimi ölkənin ən əsas vəzifəli şəxslərindən biri kimi Zakir Həsənov nəyin necə deyilməsini və necə təqdim edilməsini yəqin ki, anlıyır və bilir. Ona görə də, onun dedikləri bir növ həm də düşmənlərimiz və havadarlarına da bir mesajdır ki, əldə etdiyimiz silah-sursat təkcə hərbi parad və ya məşqlər-təlimlər üçün deyil. Alınan ən son model silah-sursat ən birinci işğal altında olan ərazilərimizin tez bir zamanda düşmən tapdağından azad edilməsi üçündür. Və unutmayaq ki, bu Silahlı Qüvvələrin 100 illik yubiley tədbiri və hərbi paradır ki, müdafiə naziri də ən yüksək səviyyədə geniş ictimaiyyət qarşısına çıxaraq bir növ ölkənin real müdafiə və təhlükəsizliyi ilə bağlı hesabat verir. Və parada cəlb edilən texnikalar da nəyimiz var o anlama gəlməməlidir. Bizdə elə silah-sursat var ki, onlar haqqında biz özümüz danışmırıq və nümayiş etdirmirik. Biz onu yalnız ən vacib məqamda istifadə etmək niyyətindəyik.

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər