idman
26.06.2018, 09:48
DÇ-2018: İlk 1/8 final cütlükləri məlum olub

DÇ-2018-də rəsmən 1/8 finala yüksələn komandalar və bu mərhələdə ilk rəqib cütlüklər bəlli olub.
Apasport.az saytının məlumatına görə, birinci xoşbəxt dördlük Uruqvay, Rusiya, Portuqaliya və İspaniya olub.
A qrupunda birinci pilləni sahiblənən Uruqvay B qrupunda ikinci olan Portuqaliya, həmin qrupun birincisi İspaniya isə Rusiya ilə görüşəcək.
Qeyd edək ki, bu gün daha 2 qrupda mübarizəyə yekun vurulacaq.


