Azərbaycan “Leopard” tanklarının istehsalçısı ilə danışıqlar aparır








Almaniyanın “Rheinmetall” (“Reynmetall”) hərbi sənaye korporasiyası Azərbaycanla əməkdaşlıq barədə danışıqlar apardığını elan edib. dogruxeber.tv “Reuters”ə istinadən xəbər verir ki, Düsseldrofda mənzillənmiş şirkət bu barədə ötən gün iyunun 27-də bildirib.

“Biz Azərbaycanla biznes imkanlarını araşdırırıq. Hər iki tərəf əməkdaşlıq imkanlarını araşdırmaq niyyətini elan edib”-şirkət bildirib.

Agentlik xatırladır ki, Ermənistanla olan münaqişəyə görə Azərbaycana 20 ildən çoxdur Almaniya silah embarqosu tətbiq edib. “Reynmetall” isə bildirir ki, Azərbaycanla istənilən sövdələşmə silah təchizatına qoyulmuş embarqoya və ya ixrac nəzarətinə mane olmayacaq.



“Əməkdaşlıq barədə razılaşmada birbaşa deyilir ki, ancaq embarqo qaydalarının təsiri altına düşməyən xidmətlər və avadanlıqlar təchiz ediləcək”-şirkət bildirir.

“Reynmetall” korporasiyası müxtəlif tipli ağır və yüngül zirehli döyüş texnikası, iriçaplı artilleriya sistemləri, minaatanlar və müxtəlif digər silahlar istehsal edir. Əfsanəvi “Lepopard” tankları da bu şirkət tərəfindən istehsal olunur.



Qeyd edək ki, Azərbaycan silahlanmada şaxələndirmə siyasəti yürüdür və sərt silah embarqosuna baxmayaraq son illər bəzi Avropa ölkələri ilə əməkdaşlıq yarada bilib. Azərbaycanın Çexiya istehsalı olan və İsraildə modernləşdirilmiş “Dana” özüyeriyən qaubitsalarını və “Vampir” reaktiv yaylım atəşi komplekslərini alması Ermənistanda şok yaratmışdı. Habelə Azərbaycan İtaliyanın hərbi-sənaye korporasiyası, geniş çeşiddə müasir silah sistemləri istehsal edən “Leonardo” şirkəti ilə yüksək səviyyədə əməkdaşlıq qurub və danışıqlar aparır. Bu günlərdə isə Azərbaycanın Hərbi Hava Qüvvələrinin silahlanmasına Amerika istehsalı olan “Bell-412” hərbi-nəqliyyat vertolyotlarının daxil olması ermənilər üçün daha bir pis sürpriz olmuşdu

Azərbaycan “Leopard” tanklarının istehsalçısı ilə danışıqlar aparır



Azərbaycan “Leopard” tanklarının istehsalçısı ilə danışıqlar aparır

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər