“StarMed” klinikasının rəhbəri cinayət işinə cəlb edilib








“StarMed” klinikasında cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişmiş 18 yaşlı qızın ölümündə daha bir vəzifəli şəxs cinayət işinə cəlb edilib.

Virtualaz.org-un xəbərinə görə, cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə ilə birgə klinikanın direktoru Cəbrayıl Sultanova qarşı istintaq orqanı tərəfindən ittiham irəli sürülüb.

O, Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirli bilinir. C.Sultanovun barəsində başqa yerə getməməklə bağlı qətimkan tədbiri seçilib.

Bu gün Yasamal Rayon Məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə hazırlıq iclası keçirilib. Prosesdə klinikanın direktoru C.Sultanovun vəkili Vüqar Babayev vəsatət qaldırıb. O, müvəkkilinin günahsız olduğunu deyib və cinayət işinə xitam verilməsini istəyib.

Vəsatətlə bağlı qərar növbəti iclasda elan olunacaq.



Məhkəmənin baxış iclası iyulun 5-nə təyin edilib.

Xatırladaq ki, 2015-ci ilin mart ayında “StarMed” klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə 18 yaşlı qız Leyla Mürsəlova dünyasını dəyişib. Bununla bağlı Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra əməliyyatı aparmış cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə cinayət işinə cəlb edilib. Onların barəsində Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə əlavə.ittiham irəli sürülüb.

Sənan Mehdiyev və Emin Quluzadə barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir müddət əvvəl Yasamal Rayon Məhkəməsinin qərarı ilə bu cinayət işi təqsirləndirilən Sənan Mehdiyev və Emin Quluzadəyə daha ağır ittiham irəli sürülməsi üçün Bakı Şəhər Prokurorluğuna qaytarılıb.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər