XİN 2 yaşlı Zəhranın Ermənistan silahlı qüvvələri tərəfindən öldürülməsinin ildönümü ilə bağlı bəyanat yayıb













“2017-ci ilin iyulun 4-də Azərbaycanın işğal olunmuş Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın öldürülməsi, 52 yaşlı Quliyeva Sərvinazın isə ağır yaralanması baş verib.Bu faciəvi hadisənin ildönümü günü mərhumların ailələrinə, qızcığaz Quliyeva Zəhranın valideynlərinə dərin hüznlə baş sağlığı veririk”.

Musavat.com xəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2 yaşlı Zəhra Quliyevanın Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsinin ildönümü münasibətilə verdiyi bəyanatda bildirib.

“Mərminin atəş trayektoriyası, Alxanlı kəndində legitim hərbi hədəflərin və ya hərbi zərurət doğuran hər hansı obyektin olmaması açıq şəkildə göstərir ki, Ermənistan silahlı qüvvələrinin məqsədi qəsdən və hədəflənmiş şəkildə mülki insanların öldürülməsi olmuşdur. Körpə uşağın və yaşlı qadının qəsdən öldürülməsi alçaqlıq, şərəfsizlik, və qorxaqlıqdır.

Keçən bu müddət ərzində Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən baş vermiş bu hərbi cinayətin araşdırılması istiqamətində hər hansı addım atılmamış, əksinə bu terror əməlinə bəraət qazandıran bəyanatlar səsləndirib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Azərbaycan ərazilərini işğalı nəticəsində Ermənistan tərəfindən çoxsalı hərbi cinayətlər, bəşəriyyət əleyhinə cinayət əməlləri, o cümlədən Xocalı soyqırımı törədilib. Ermənistanın bu kimi əməlləri beynəlxalq humanitar hüququn, xüsusilə Cenevrə konvensiyaları üzrə öhdəliklərinin kobud şəkildə pozulmasıdır.

Bütün bunlar onu göstərir ki, Ermənistan silahlı qüvvələri tərəfindən mülki insanların hədəfə alınması və öldürülməsi təsadüfi və ya sıradan olan hallar olmayaraq, sistematik xarakter daşıyır və silahlı qüvvələrin təlim prosesinə daxil edilmiş dövlət siyasətidir.

Cəzasızlıqla üzləşən Ermənistan qarşısında bu kimi cinayətləri törətmək üçün mənəvi, siyasi və ya hüquqi məhdudiyyətlər yoxdur.

2016-cı ilin aprel hadisələri zamanı Ermənistan silahlı qüvvələri təmas xətti boyunca mülki insanları və obyektləri hədə alaraq eyni əməlləri törətməyə cəhd göstərdi. Lakin Azərbaycan silahlı qüvvələrinin qəti və peşəkar əks-həmlə tədbirləri nəticəsində layiqli cavabını aldı.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqda davam edır. Bu təhlükənin qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmalıdır.

Yüksək döyüş qabiliyyətinə və mənəvi-əxlaqi dəyərlərə malik olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərinin müdafiəsi, mülki insanların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür”, deyə XİN rəsmisi əlavə edib.

Son xəbərlər

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

Bütün xəbərlər