hadise
10.07.2018
Astarada ev yanıb

Astarada yanğın hadisəsi qeydə alınıb.
dogruxeber.tv-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Astara rayonunun Sərək kəndində ümumi sahəsi 63 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


