Deputat oğlunun adamları İbrahimovu tutub, bağ evinə niyə aparıblar? – TƏFƏRRÜAT













Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Zərərçəkmişlərdən biri deputat oğludur.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası hakim Rahib Salmanovun sədrliyi ilə davam etdirilib.

Bu gün baş tutan məhkəmə prosesində deputat Elmira Axundovanın oğlu Həbib Axundov zərərçəkmiş qismində ifadə verib. Həbib Axundov istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib.

O, deyib ki, bu iş üzrə digər zərərçəkmiş Fərman Məmmədovdan iş qurmaq adı ilə pul alıb. Həmin pulu da Elnur İbrahimova verdiyini deyib: “450 min manat pul aldım. Həmin məbləğə zamin durdum. Fərman Məmmədovun Elnur İbrahimova verdiyi 140 min manatdan isə xəbərsizəm. Həmin pulu mən olmadan verib. Ona isə 125 min manat pul qaytarmışam”.

Məhkəmədə zərərçəkmiş Fərman Məmmədov isə deyib ki, H.Axundova biznes qurmaq adı ilə ümumilikdə 575 min manat pul verib, amma sonradan pulunu ala bilməyib.

“Bundan sonra Həbib Axundov mənə zəng edib, adamlarının Elnur İbrahimovu tutub Şüvəlandakı bağ evinə apardıqlarını dedi. Həbib mənim də ora gəlməyimi istədi. Orada Elnur kimlərdən pul aldığını etiraf etdi. Bir gün sonra Elmira Axundova mənə zəng edib, Elnurla danışdığını və digər şəxslərlə də razılığa gəlindiyini dedi. Məndə onun səs yazısı da var” – deyən F.Məmmədov dəymiş ziyanı Həbib Axundovdan tələb etdiyini bildirib.

F.Məmmədov söyləyib ki, bu işdə Elnurla yanaşı Həbibin də günahı var: “Mən istintaqdan narazıyam. Çünkü Elnur İbrahimovla bərabər Həbib Axundov da təqsirləndirilən şəxs qismində tanınmalı idi. Elnur İbrahimov həbs edilənə qədər ona Həbib Axundovun ailəsi tərəfindən himayədarlıq edilirdi”.

Zərərçəkmişin Məmmədov dəymiş zərərdən 250 min manat pulun deputat E.Axundova tərəfindən ona qaytarıldığını söyləyib. H.Axundov səhhəti ilə bağlı ölkə xaricinə gedəcəyini və əməliyyat olunacağını məhkəməyə bildirib.

Elnur İbrahimov ittihamla özünü təqsirli bilmir. Deyir ki, 2007-2009-cu illərədək “İntelekt” MMC-də kuriyer və satış meneceri, daha sonra isə “OfisOne” şirkətində satış meneceri işləyib. O, ifadəsində göstərib ki, müxtəlif şirkətlərdən nisyə mal alaraq satmağa başalyıb.

Müxtəlif şəxslərdən əvvəlcə xırda məbləğlər alaraq iş görən E.İbrahimov onlara qısa zamanda qazanclar da qaytarıb. Bu işlər bir müddət davam etdikdən sonra Elnur İbrahimov daha çox qazanc əldə etmək üçün işlədiyi şəxslərdən böyük məbləğlərdə borclar almağa başlayıb.

İttihama görə, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər – Elvin Vəliyev, Fərman Məmmədov və digərlərindən biznes qurmaq adı ilə ümumilikdə onların 1 milyona yaxın pulunu alıb.

Bu işdə deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş kimi tanınır. Məlumata görə, E.İbrahimovla deputatın oğlu dost olub. Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib. Onu da qeyd edək ki, zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova veriblər.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər