“Mübariz İbrahimovla bağlı filmin çəkilişinə Biləsuvar İcra Hakimiyyəti mane olur” – Rejissor

















Azərbaycanda Türkiyənin HUN media şirkətinin istehsalı olan “Siyah sancak: Mübariz” filminin çəkilişlərinə əngəl törədilir.

Bunu AzNews.az-a açıqlamasında sözügedən filmin rejissoru və senari müəllifi Recai Bozkurt deyib. O, çəkilişlərə yaradılan problemlərə görə Biləsuvar rayon İcra Hakimiyyəti və rayonun Mədəniyyət şöbəsini ittiham edib:

“Biz Türkiyə olaraq “Siyah sancak: Mübariz” adlı filmin çəkilişlərini aparmaq üçün Azərbaycan Mədəniyyət Nazirliyi və Müdafiə Nazirliyi ilə birgə sənəd imzaladıq və hər iki qurumdan çəkilşlərlə bağlı razılıq aldıq. Filmdə rol alacaq aktyorları da təyin etdik. Amma Biləsuvar Rayon İcra Hakimiyyəti və rayon Mədəniyyət evi bizə sıxıntı yaradır. Razılıq ərizəsinə görə onlar bizə yardım etməlidir. Amma yardım etmək əvəzinə, əngəl törədirlər. Mədəniyyət evinin əməkdaşları var, biz filmdə aktyorların çoxunu oradan seçdik. Onlardan birinin qayınatası rayon icra hakimiyyətndə işləyir. Seçim zamanı gördük ki, həmin əməkdaş bizim istədiyimiz obraz üçün yararlı deyil, ona görə də onu filmə qəbul etmədik. Bu gün həmin şəxs məni narahat edir. Onun, qayınatasına güvənərək qarşımıza çıxarmadığı problem qalmayıb. Və bunlardan Mədəniyyət evinin rəhbərliyinin də məlumatı var, amma onlara dur deyən yoxdur”.

Türkiyə Mədəniyyət Nazirliyinin icazəsi ilə Bakıya film çəkilişinə gələn Recai Bozkurt böyük bir problemlə üz-üzə olduğunu deyib: “Azərbaycan dövləti sağ olsun, biz qardaş ölkəyik. Bu filmi öz maddi vəsaitimizlə çəkirik, Azərbaycandan hər hansı maliyyə də istəmirik. Biləsuvar rayon İcra Hakimiyyəti hər yerdən bizə təzyiq göstərir. Biz filmlə bağlı çəkiliş aparmaq üçün məkanlar çeçirik, ona da mane olurlar. İctimai Televiziyaya çıxmaq istəyirik. Buna görə rayon İcra Hakimiyyəti bizə məktub verməlidir. Amma o məktubu heç cür ala bilmirik. Mən olanlarla bağlı Türkiyəyə məktub göndərdim. Dövlətimin icazəsi olmasaydı, bura gəlməzdim. Bu gün isə filmə maneçilik törədənlərin adını hüquq-mühafizə orqanlarına verəcəyəm”. Filmin müəllifi sonda onu da qeyd edib ki, “Siyah sancak: Mübariz” bütün türk dövlətlərində nümayiş olunacaq: “Biz böyük bir layihəyə imza atmışıq. Bu filmin senarisi Hollivuda göndərilib. Sağ olsunlar, türk iş adamları bizə hər cür dəstəyi verirlər”.

“Anadolu” layihəsinin baş köməkçisi Fərhad Həziyev isə “Siyah sancak: Mübariz” filminin daha böyük problemini açıqladı:

“Bu film “Anadolu” layihəsində yer alıb. Layihəyə 17 film daxildir. “Siyah sancak: Mübariz” onun birincisidir. Biz yaradıcı heyət olaraq televiziya kanallarının birinə çıxmalıyıq. Hətta Mədəniyyət Nazirliyinin əməkdaşı ilə də bu barədə söhbət etmişik. Məqsədimiz efirdə filmin yaradıcı heyəti ilə görüş keçirməkdir. Amma qəfildən ortaya filmin baş rolunun ifaçısının hərbi xidmətə getməsi məsələsi atıldı. Bu gün isə onu əsgər aparırlar. Halbuki çəkilişlər bitənədək onun hərbi xidmətə getməməsi üçün zaman istəmişdik”.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov “Siyah sancak: Mübariz” adlı filimin çəkilişlərindən xəbərdar olduğunu dedi: “Türkiyə Respublikasının vətəndaşı Recai Bozkurt Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə müraciət edərək, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında ölkəmizdə “Siyah sancak: Mübariz” adlı bədii filmin çəkilişlərində Nazirliyin təşkilati köməklik göstərilməsini xahiş etmişdir. Ssenariyə uyğun olaraq filmin bir çox epizodlarının çəkilişi Biləsuvar rayonu ərazisində nəzərdə tutulmuşdur. “Siyah sancak: Mübariz” filminin yaradıcı heyətinin Qarabağ həqiqətlərini film vasitəsi ilə təbliğ etmək istəyini nəzərə alaraq, Nazirlik tərəfindən filmin çəkilişlərinin aparılmasında yaradıcı heyətə yerli İcra hakimiyyəti tərəfindən köməklik göstərilməsi üçün müvafiq müraciət edilmişdir.”

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər