Sərxan Sərxan: “Heydər Əliyevin o sözü məni çox tutdu”

















40 ildir sənətdə, səhnədəyəm. Düz 30 il öncə Əməkdar artist fəxri adına layiq görüldüm. Bu il isə mayın 27-də ölkə prezidenti tərəfindən Xalq artisti fəxri adını aldım. İnanın ki, nə o vaxt, nə də indi xəbərim olmuşdu.

Hətta dostlarımdan biri zəng vurub təbrik edəndə bildirdim, niyə tələsirsən, ad günümə hələ 20 gün qalır, qayıdıb dedi ki, ad gününü yox, Xalq artisti adını təbrik edirəm.

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu tanınmış sənətkar, Xalq artisti Sərxan Sərxan deyib.



O qeyd edib ki, sənətdə heç vaxt pul, şöhrət dalınca qaçmayıb. Xalq artistinin sözlərinə görə, sənətə pulun gözü ilə baxmaq düzgün deyil, sənətə sənət naminə gəlmək lazımdır və yalnız o zaman uğur qazana bilərsən.

Tanınmış sənətçi həm adının, həm soyadının Sərxan olmasına da aydınlıq gətirib.

Bildirib ki, gənc vaxtlarından Bakıdan Moskvaya üz tutmalı olub və o vaxt onu təqdim edərkən aparıcı soyadını söyləməkdə xeyli çətinlik çəkməli olub:

“Mənim gözəl soyadım var – Qurbanbəyov. Sərxan da babamın adıdır. Gördüm ki, soyadımı çəkməyə çətinlik çəkir, rus aparıcıya dedim ki, Sərxan Sərxan de(gülür). Elə ötən əsrin 80-ci illərindən də Sərxan Sərxan oldum və belə təqdim edildim.

Eyni zamanda, Sərxan adı o vaxt yeni və az qoyulan adlardan olduğu üçün mənim pərəstişkarım olan azərbaycanlıların – içərisində Rusiyada, ovaxtkı SSRİ-də yaşayan soydaşlarımız da var – bir çoxu övladlarına Sərxan adı verməyə başladılar. İndi həmin sərxanların bir çoxu ailə-uşaq sahibi olublar”.

S.Sərxan mərhum dövlət başçısı Heydər Əliyevlə bağlı maraqlı xatirəsini danışıb:

“Böyük dövlət adamı olan Heydər Əliyev hər zaman sənətə, sənət adamlarına xüsusi diqqət yetirib. Daim dövlət konsertlərindən sonra səhnənin arxasına gələrək sənət adamları ilə görüşüb, söhbətləşib. Bir gün yenə dövlət konsertlərindən biri idi, Heydər Əliyev konsertdən sonra sənət adamları ilə görüşürdü.

Hamı ilə Azərbaycan dilində danışırdı, mənə çatanda isə rus dilində danışdı. Dedim ki, Heydər Əliyevic, mənimlə də azərbaycanca danışın. O da gülə-gülə və özünəməxsus amiranəliklə dedi ki, o zaman sən də azərbaycanca oxu (gülür).

Bu söz məni əməlli-başlı tutdu. Elə həmin gün bir nəfər televiziyada çalışan dostum mənə bir xeyli şeir təqdim etdi. Əksəriyyəti də Tofiq Bayramın şeirləri idi, özü də hamısı gözəl idi.

Onlardan birini, tez bir zamanda hitə çevrilən “Ay gecikən məhəbbətim” şerini seçdim və ona musiqi bəstələdim, elə həmin gün, bir anın içində… Bu mahnım Azərbaycanla yanaşı, Moskvada, keçmiş SSRİ-də də çox məşhur oldu”.

Son xəbərlər

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Bütün xəbərlər