Londonda 185 milyon dollara malikanə alan Azərbaycan vətəndaşı…















Son illərdə türkiyəlilərin Londona olan marağı olduqca artıb. “Allytta” əmlak şirkətinin baş meneceri Neşe Cenkins çoxlu sayda türk iş adamının qiymətlərin müvəqqəti azalmasından istifadə edərək əmlak sahəsinə sərmayə qoyduğunu və ümumilikdə, son 2 ildə türk sərmayədarların sayının 297% yüksəldiyini bildirib.

Cenkins “Son 5 ildə 85 mindən artıq Türkiyə vətəndaşının Londonda ev aldığını təxmin edirik. Bundan əlavə, rəsmi statistikaya əsasən, bu müddət ərzində 17 min türkiyəli İngiltərəyə köçüb” deyib.

Çelsi sevgisi

Azinforum.az Virtualaz.org-a istinadən xəbər verir ki, Londonda daşınmaz əmlakın 375-400 min funt sterlinqdən başladığını, amma bu qiymətə sadəcə 1+1 tipli mənzilin alına bilindiyini qeyd edən Cenkins türklərin, əsasən, Londona gedib-gələndə qalmaq üçün 2+1 otaqlı mənzillər aldığını və bəzilərinin də övladlarının təhsili üçün buradan əmlak əldə etdiklərini söyləyib. O bildirib ki, türklər Londonda evlərə orta statistik göstərici üzrə 1 milyon funt sterlinq pul ayırırlar.

“Bundan aşağısını da görmüşük, yüksəyini də, amma orta statistik qiymət 1 milyon funt sterlinqdir” deyə Cenkins bildirib. Və əlavə edib ki, türkiyəlilər Londonda ən çox Çelsi bölgəsindən əmlak almağa üstünlük verirlər.

140 milyon funt sterlinqə ev alan azərbaycanlı

Londonda yeni binaların asanlıqla tikilə bilmədiyini deyən Cenkins sərfəli qiymətə ev almağın çox çətinləşdiyini, hətta ingilislərin belə Londondan ev ala bilmədiyini, əsasən, qlobal burjuaziyanın buranı seçdiyini bildirib.

O deyib ki, bu günə qədər türklər arasında ən yüksək qiymətə əmlak alan şəxs 140 milyon funt sterlinq ödəyən bir Azərbaycan vətəndaşı olub. Bir müddət əvvəl isə Türkiyə vətəndaşı olan bir şəxs Londondakı “The Knightsbridge Aparments”də 90 milyon funt sterlinq dəyərində ev alıb.

Londondan ev almaq vaxtı

Londondakı əmlak bazarının son 20 ildə çox sürətli şəkildə böyüdüyünü, 1998-ci ildə 98 min funt-sterlinq olan orta statistik qiymətlərin bu gün təxminən 485 min funt sterlinqə yüksəldiyini bildirən Cenkins Birləşmiş Krallıq ərazisində həmin göstəricinin 227 min funt sterlinq olduğunu söyləyib.

“Brexit”dən sonra isə qiymətlər nisbətən azalıb. Rəsmi göstəriciyə əsasən, Londonda əmlak qiymətləri son 1 ildə 0,7% düşüb. Cenkinsin sözlərinə görə, bu qiymət dəyişikliyi 2009-cu ildəki iqtisadi böhrandan sonrakı ən böyük azalmadır.

Lakin Cenkins onu da bildirib ki, “Brexit”dən sonra, yəni 2019-2020-ci illərdə bu vəziyyət əksi ilə əvəz olunacaq və qiymətlər yenidən yüksəlməyə başlayacaq. O deyib ki, bu ehtimalı nəzərə alanda hazırkı dövr Londondan ev almaq üçün ən əlverişli vaxtdır.

Neşe Cenkins son olaraq məlumat verib ki, Londona ən böyük maraq Sinqapur, Rusiya və İran körfəzi ölkələrindəndir.

Son xəbərlər

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Bütün xəbərlər