Bir insan ömrünün obrazlı anı








Bəllidir ki, insanlar əvvəlcə doğulduqları diyarın işığı olurlar. Zəhmət və əməkdə bərkiyənlər illər sonra bütöv bir
məmləkətin mayakına çevrilirlər.

Beyləqan rayonunun günəşin istisinə qucaq açan bir guşəsində də bir vaxtlar Yaqub
Nəsirovu parıltısı hələ kövrək qığılcımlar səpən işığa bənzədirdilər. Lakin zaman öz atını çapa-çapa bu məkanın isti
qoynundaYaqub Nəsirov böyüklüyündə bir mayak qurdu. O Yaqub Nəsirov ki, dərin çarpazlıqda labirint xarakteri verən
çətin illər onu zəhmətin qabarlı əlləri arasında sıxıb, bəzən cana doydurub, bəzən bir çimdik güldürüb, amma ən çox
ağrı-acı içində çabalatdırıb. Körpəlik çağlarının acılarını bu gün də unuda bilməyən Yaqub müəllim hazırda həm
doğulduğu Cəbrayil rayonunda ve ata yurdunda, həmde halhazirda yasadği Beyləqan Rayonunda Hemde hər yerdə görkəmində gur bir işıq kimi çağlayır; həm yaşlı, həm də
gənc nəsil onun kimi bir ziyalının varlığını ürəkdən alqışlayır.
Bəli, şəxsiyyətlər aid olduqları sahədə hörmət qazanır, el sevgisi ilə əhatə olunurlar. Elə Beyləqanda xüsusi ad-san
qazanmış, uzun müddət rayon polis idarəsində müvəqqəti saxlama kamerasının rəisi işləmiş 1940-cı il təvəllüdlü
Nəsirov Yaqub Surxay oğlu da insan qətiyyətinin mənasını el sevgisində tapanlardandır. 78 yaşlı Yaqub Nəsirovun

həyat yolu elə də asan olmayıb. Yaşadığı çətinliklər onu həyatın astar üzündən keçirib, burulğanlara salıb. Polisdən
təqaüdə çıxandan sonra da zəhmətsevərliyi onu rahat buraxmayıb; Rayon İcra Hakimiyyətində komendant kimi çalışıb.
Rayon veteranlar şurasının sədri vəzifəsini icra edib. Kimdən onun haqqında soruşduq, dedilər yaxşı insandır, zəhmətə
bağlı adamdır, əsl vətəndaş, əsl vətənpərvərdir. O, hələ gənc yaşlarından böyük bir həyat burulğanının kəməndini
əllərinə alıb, xoş əməllər sərgiləyir, öz insan adını qoruyur, nəsillərə əsl şəxsiyyət örnəyi ərməğan edir. Bəli, onun
müdrik insan baxışında gerçək bir ziyalı örnəkliyi var. Bu, doğru yolun yolçusu olmaq məğzi də verir. Doğru yolda
olmaq təvazökarlıqdan irəli gəlir və xüsusi bir mədəniyyətdir. Bu mədəniyyəti yalnız əsl ziyalılar özlərində cəm edirlər.
Sözün həqiqi mənasında təvazökar insan Yaqub Nəsirovun şəxsiyyətində böyük bir həyatın dərin ovqatı var. O ovqat ki,
bizi də öz əhatəsinə alır, duyğularımıza rəng qatır və bizi həyatın astar üzündən keçirir.
Uzun illər bir sahədə əsl fədakarlıq göstərən insanlar o sahənin mütəxəssisinə çevrilirlər. Bu mənada, müasir cəmiyyət
öz ictimai aspektləri ilə təzahür edir, peşə sahibləri bu zərurətə yaradıcı meyllər verir, bu zəminləri mümkün reallığa
çəkə bilir. Belə halda isə peşə sahibinin ömrü işıq saçır, əməli işi bəhrə verir. Məhz pillə-pillə ucalan, həm işləyib, həm
də təhsil alan, xülasə, çətinliyin nə olduğunu elə doğulduğu gündən dərk edən Yaqub müəllim də əməllərində xoşbəxtlik
tacına sahibdir. Necə ki, hər insan öz peşə sevgisində vətənpərvər qayəsinin şah nöqtəsini tapır, eləcə də o, çətinliklə
qalxdığı, zəhmətlə ucaldığı zirvələrdə ikiqat insan məsuliyyəti sərgiləməyə müvəffəq olub. O, cəmiyyətimizin aparıcı
qüvvələrindəndir və onun həyat təcrübələri yetişən nəsillərə görkdür.
Əlbəttə, hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini
xəyalından keçirir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər
demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli, başı
həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görürlər. Belə
insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək, səhv etmərik. Tam məsuliyyət və qürurla deyə
bilərik ki, Yaqub Nəsirov da belə insanlardandır.
Yaqub Nəsirova Allahdan möhkəm cansağlığı diləyirik!

Vaqif Nəsirov
Aidə Heydərova

dogruxeber.tv

Oxunub: 1 120

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər