Erməni siyasətçidən sensasion bəyanat: “Azərbaycanın torpaqlarını işğal etmişik”













Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın sədrlik etdiyi “Erməni Milli Konqresi” partiyasının üzvü Zoya Tadevosyan jurnalistlərlə keçirdiyi görüşdə sensasion bəyanat verərək, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistanın işğal etdiyi ətraf 7 rayonun Azərbaycana geri qaytarılmalı olduğunun vacibliyini bidirib.
AzVision.az xəbər verir ki, Tadevosyan ətraf 7 rayonun Qarabağa aid olmadığını və Ermənistanın həmin əraziləri işğal etdiyini etiraf edib:

“Biz Qarabağ müharibəsi zamanı ələ keçirilmiş bu torpaqları “azad edilmiş” adlandırırıq. Amma bu auditoriyada oturan hər kəs yaxşı bilir ki, həmin ərazilər işğal olunub”.

Lakin xanım siyasətçinin bu etirafı zalda əyləşən erməni jurnalistlərini hiddətləndirib. Jurnalistlərin “onda bu bəyanat o deməkdir ki, həmin ərazilər işğal edilib?” sualına Tadevosyan əks-sualla “Bəs bu torpaqlar ermənilərindir ki?” cavabını verib.

Erməni siyasətçi daha sonra əlavə edib ki, əgər Dağlıq Qarabağ münaqişəsinin həlli ərazilərin qaytarılmasını tələb edirsə, o zaman İrəvan bununla razılaşmalıdır. “Heç kim məndən inciməsin, çünki bu problemi mən həll etmirəm. Bu məsələ hər zaman həmsədrlər tərəfindən ortaya qoyulub və o cümlədən, danışıqlar masasında da müzakirə edilib. Söhbət işğal edilmiş ərazilərin qaytarılmasını nəzərdə tutan nizamlanmadan gedirsə, onda əlbəttə ki, bu, düzgün addımdır. Əgər bütün ölkələr münaqişənin həllini bunda görürsə, biz də razılaşmalıyıq”, – deyə Tadevosyan bəyan edib.

Jurnalistlər siyasətçinin dediklərinə irad tutaraq vurğulayıblar ki, erməni tərəfi Qarabağ ətrafındakı 7 rayonu işğal edilmiş yox, azad olunmuş hesab edir. Zoya Tadevosyan isə iradlara cavabında “Bu, Ermənistanın mövqeyidir. Beynəlxalq ictimaiyyət isə bu məsələdə başqa cür düşünür – həmin əraziləri işğal edilmiş adlandırır”- deyib.

Lakin xanım siyasətçinin həqiqəti əks etdirən arqumentləri jurnalistlərin qəzəbini soyutmayıb. Onların “Qarabağ xalqının fikrini soruşmusunuz?” sualına Tadevosyan “Mən heç kimdən heç nə soruşmuram, hamıya məlum olan faktı təsdiq edirəm”- cavabını verərək jurnalistləri susdurub.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər