siyaset / ustxeber
3.08.2018, 10:35
Ərdoğan özünə baş müşavir təyin etdi

Fahri Kasırqa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri təyin olunub.
Bu barədə Oxu.Az Türkiyə KİV-inə istinadən xəbər verir.
Kasırqa bu vəzifəyə ölkə prezidentinin müvafiq sərəncamı ilə gətirilib.
Qeyd olunur ki, daha öncə Kasırqa Türkiyə prezidenti aparatının baş katibi vəzifəsini icra edib.


