gundem
4.08.2018, 09:14
Anasının 38 il əvvəlki libasını geyinərək özünə nişan etdi - Fotolar

“Möcüzə” filmindəki rolu ilə məşhurlaşan aktrisa Seda Tosun musiqiçi sevgilisi Eymen Adalla nişanlanıb.
“dogruxeber.tv” Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük ailədaxili sadə mərasim keçirib. Seda noyabrda ailə quracaqlarını bildirib:
“Adət-ənənəmizə uyğun sadə məclis istədik. Sağ əlim bütün subayların başına. Noyabrda toya hazırlaşırıq”.
Seda nişanında anasının 38 il əvvəlki libası geyinib.






