Gömrükçülərlə jurnalistlərin daha bir əməkdaşlıq layihəsi uğurla yekunlaşdı – FOTO













Azər Abbasov: “Məqsədimiz keçid məntəqələrində gözləmələri minimuma endirməkdir»
Musa Mirzəli: “Narkotik vasitə və psixotrop maddələrlə bağlı 46 cinayət faktı qeydə alınıb”

Avqustun 3-də kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinin Azərbaycan Respublikasının İran İslam Republikası ilə dövlət sərhədində yerləşən Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postuna səfəri təşkil edilib.

Məqsəd media nümayəndələrinə gömrük prosedurlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə idarə olunmasını, sərhədkeçmə prosesini, gömrük nəzarəti prosedurlarını əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin edildiyi barədə bilgiləndirmək olub.

Məlumat verilib ki, gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir. Ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə VAİS-ə daxil edilir və nəqliyyat vasitəsinin çəkisi müəyyən edildikdən sonra “bir pəncərə” sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırılır. Fiziki baxış keçirildikdən sonra isə mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır və bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda qısa vaxt ərzində yekunlaşdırılır.

Daha sonra media nümayəndələri idxal sərnişin xəttindəki proseslərlə tanış olub və burada həyata keçirilən gömrük prosesləri barədə məlumatlandırılıblar.

“Qoşa Təpə” gömrük postunda bəzi hallarda müşahidə olunan sıxlıqların səbəbləri də jurnalistlərə izah olunub. Bildirilib ki, səbəb bəzi günlərdə hər iki istiqamətdə sərnişin axınının normadan artıq olması və fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarının tələbləri pozularaq qanunvericilikdə nəzərdə tutulandan çox ərzaq məhsullarının və digər malların gömrük sərhədindən keçirilməsinə cəhdlərin edilməsidir.

Eyni zamanda, “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesini daha da sürətləndirmək məqsədilə yeni pilot layihənin tətbiqinə başladığı diqqətə çatdırılıb.

“Bir inspektor – bir nəqliyyat vasitəsi” prinsipinə əsaslanan layihə “bir pəncərə” sistemi çərçivəsində reallaşdırılır. Layihəyə əsasən, bir nəqliyyat vasitəsinə aid olan prosedur bir inspektor tərəfindən həyata keçirilir və proses ümumilikdə 10-15 dəqiqəyə başa çatdırılır. Əvvəl isə 1 nəqliyyat vasitəsinin qeydiyyat proseduruna 4 və daha çox gömrük əməkdaşı cəlb olunurdu. Üstəlik, yeni layihə çərçivəsində qeydiyyat prosedurunun başa çatması sürücünün elektron imzası ilə təsdiqlənir.

Yeniliklərdən biri də budur ki, əvvəl gömrük qaydalarını pozan nəqliyyat vasitələri üzrə tətbiq edilən cərimələri yalnız banklar vasitəsilə ödəmək mümkün idisə, hazırda “ASAN Pay” və digər elektron ödəmə sistemləri vasitəsilə də ödənişləri həyata keçirmək olar.

“Bakı-Xəbər”-in məlumatına görə, Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov bildirib ki, “Qoşa Təpə” gömrük postunda bir aya yaxın müddət ərzində “vahid pəncərə” sistemini təkmilləşdirmək üçün “bir inspektor – bir nəqliyyat vasitəsi” layihəsinə başlanıb:

“Layihənin mahiyyəti ondan ibarətdir ki, burada vətəndaş bir inspektorla təmasda olur. Digər gömrük postlarında tətbiq edilən “bir pəncərə” sistemində bir neçə şəxs öz sahələri üzrə vətəndaşa xidmət göstərirsə, “Qoşa Təpə” gömrük postunda bir şəxs bütün sahələr üzrə (sənəd, yol vergisi, icazə blankı, qeydiyyat, malların, nəqliyyatın qeydiyyatı və s.) bir vətəndaşa xidmət göstərir. Odur ki, digər məntəqələrdə 10-15 dəqiqə ərzində cəmi bir sürücüyə xidmət göstərilirdisə, burada həmin müddətdə inspektor sayından asılı olaraq 4-5 sürücü yola salınır. Gömrük prosedurları 5 dəqiqə ərzində başa çatır, daha sonra sürücü məntəqələrdə qoyulan ödəniş terminalından məbləği ödəyir. Sürücü elektron imza ilə gömrük idarəsinin qaydalarına əməl edəcəyinə dair öhtəlikləri təsdiqləyir”.

A.Abbasov onu da qeyd edib ki, hazırda yalnız “Qoşa Təpə” gömrük postunda pilot layihə tətbiq edilir:”Bu layihə ilk olaraq burada tətbiq edilir. Məqsədimiz keçid məntəqələrində gözləmələri minimuma endirməkdir. Əgər bu sistüm özünü doğruldarsa o zaman pilot layihəni bütün sərhəd çəntəqələrimdə tətbiq etməyi planlaşdırırıq. Müvəqqəti idxal rejimində respublikaya daxil olan sürücü və nəqliyyat vasitəsi gömrükdə Xüsüsi diqqət siyahısına daxil olur.

Respublika ərazisinə daxil olan şəxs üzərində qeydiyyatda olan mal və nəqliyyat vasitəsi olmadan çıxış edə bilməz. Əgər hər hansı səbəbdən sürücünün təcili respublikadan çıxması lazım olarsa, o, istənilən gömrük məntəqəsinə yaxınlaşaraq üzərində qeydiyyatda olan mal və nəqliyyat vasitəsi gömrük məntəqəsi tərəfindən nəzarətə götürülür və şəxsin adı xüsusi qeydiyyat siyahısından çıxarılır. Hər bir sürücü ölkəyə daxil olduğu andan ona 90 gün müddət verilir. 90 gün müddət bitdikdən sonra isə həmin şəxslərə nəqliyyat vasitəsinin dəyərindən asılı olaraq cərimə tətbiq edilir”.

Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin rəisi Musa Mirzəli bildirib ki, Son aylar narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsi cəhdləri artıb.

İdarə rəisinin sözlərinə görə, may ayından bu günə qədər “Qoşa Təpə” gömrük postunda narkotik vasitə və psixotrop maddələrlə bağlı 46 cinayət faktı qeydə alınıb.

Məhəmmədəli QƏRİBLİ


Gömrükçülərlə jurnalistlərin daha bir əməkdaşlıq layihəsi uğurla yekunlaşdı – FOTO

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər