Vahid Əhmədov: “Hər manatımızın qədrini bilməliyik”













Dövlət maliyyə nəzarəti haqqında” qanun layihəsinin qəbulu artıq sürətləndirilməlidir. Büdcə şəffaflığının təmin edilməsi üçün bu sənəd həddindən artıq vacibdir.

Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı, millət vəkili Vahid Əhmədov deyib.

“Artıq neçə illərdir bunu deməkdən, təklif etməkdən, səsləndirməkdən yorulmuşuq”, – deyən millət vəkilinin sözlərinə görə, o, həmkarı Əli Məsimli ilə həm parlamentin komitə, həm də plenar iclaslarında, sessiyaların açılışında, qanunvericilik işləri planının müzakirələrində hər dəfə bu məsələni dilə gətiriblər.

“Neçə illərdir deyirik ki, maliyyə nəzarəti ilə bağlı qanunvericiliyə ehtiyac var. Biz 30 ildir müharibə şəraitində yaşayan ölkəyik. Eyni zamanda, dünyada 10 il öncə başlayan qlobal, dəhşətli maliyyə-iqtisadi kataklizm hər yeri “yandıra-yandıra” gedir, üstəlik, gündən-günə münaqişələr, qanlı qarşıdurmalar, terraktlar və sairə dünyanı, hər kəsi yeni suallar və çağırışlar qarşısında qoyur.

Yəni, belə bir şəraitdə biz də hər manatımızın qədrini bilməliyik. Hər qəpiyin hesabını aparmalıyıq, maliyyə, büdcə israfçılığına, qeyri-şəffaflığa qətiyyən yol verməməliyik. Bu işlərdə kimlər günahkardırsa, onların qanun, məhkəmə qarşısında dayanmasını, cavab verməsini tələb və təmin etməliyik.

Ən güclü təsir mexanizmi kimi maliyyə nəzarəti ilə bağlı qanunvericiliyin hazırlanmasını, müzakirələrə çıxarılmasını və qəbulunu sürətləndirməliyik. Artıq bu məsələdə arxayınçılığa, bəhanlərə son qoyulmalıdır. Bu işdə həmkarım Əli Məsimli ilə də nə lazımdırsa, etməyə hazırıq. Lazım gələrsə, bu yöndə təkmil qanun layihəsi də hazırlaya bilərik, təki məsələ öz müsbət həllini tapsın.

Odur ki, qarşıdan gələn payız sessiyasında digər vacib saydığımız qanunvericilik aktları kimi, bu məsələni də yenidən gündəmə gətirməyi, onun müsbət həllinə nail olunmasını düşünürük”, -deyə V. Əhmədov əlavə edib

Son xəbərlər

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Sumqayıtda dostlar arasında dava: bıçaqlanan var

Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı

Avstraliya Ukraynaya silah tədarükü üçün əlavə 70 milyon dollar ayıracaq

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Bütün xəbərlər