gundem
16.08.2018
Azərbaycan nefti cüzi bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 73,83 dollar/barel təşkil edib.
“dogruxeber.tv” Trend-ə istinadən xəbər verir ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel çoxdur.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 14-də 73,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel bahadır.


