Mətanətin videosu ortalığı daha da qarışdırdı, Manaf Ağayev videomüraciət yaydı – VİDEO













Müğənni Mətanət Əsədovanın “video qalmaqalı” səngimək bilmir. Belə ki, mətbuatda müğənni Manaf Ağayevin həmkarının içki məclisindən videonu yayan şəxsi “razborka”ya çağırdığı, onun şəhid anasını diz çökdürdüyü barədə açıqlamaları yayılıb.
Bundan sonra sosial şəbəkələrdə, mətbuatda ciddi tənqidlə üzləşən müğənni videomüraicət yayaraq olanları təkzib edib: “Əziz dostlar, gecənin bu vaxtında əsəbimdən partlayıram. Bəzi saytlar məlumat yayıb ki, guya mən şəhid anasını diz çökdürmüşəm və sairə. Mən o tərbiyənin yiyəsi deyiləm. Doğma əmim oğlunu şəhid vermişəm. Şəhid anasının nə demək olduğunu bilirəm. Şəhid anasının qarşısında diz çökürəm, çökmüşəm də. Hamı məni yaxşı tanıyır. Mən şəhid anası tərəfindən Mətanətin yanına getmişdim. Şəhid anasının oğlu mənim dostumdur. Mətanətə zəng vurub demişəm ki, səndən üzr istəyirlər, şəhid anası səninlə danışmaq istəyir. O deyəndə ki, “şəhid anası kimi səndən üzr istəyirəm”, Mətanət cavab verdi ki, “Ay ana, siz nə danışırsız, mən də sizə qurban olum, Manaf da. Manaf söhbətə gəlibsə, bu məsələ qurtardı”. Ay jurnalistlər, bax belə olub”.



Qeyd edək ki, müğənni Mətanət Əsədovanın məlum videosu mətbuatda, sosial şəbəkələrdə yayıldığı andan ictimai qınağa tuş gəlib. Hətta bəzi həmkarları, o cümlədən aktyor və aparıcı Sərxan Kərəmoğlu müğənnini kəskin tənqid edib. Buna baxmayaraq Mətanət Əsədovanın müdafiəsinə qalxan həmkarları da olub. Onların arasında müğənni Ədalət Şükürov da var.

Ə.Şükürov həmkarının içki məclisindən olan videosunu yayımladığı üçün xəbər saytlarını qınayaraq, onları təhdid edib: “Dünəndən gördüm bu videonu. Ayıb olsun onu çəkib paylaşana və o saytlara ki, bu videonu paylaşıblar. Birincisi, Mətanət içki içmir, ikincisi də söyüş söyüblər, Mətanət də etirazını bildirib və ondan üzr istəyiblər. Niyə reytinq xatirinə bunu saytlar şişirdir? Mən neçə dəfə demişəm bu şərəfsiz, mədəniyyətsiz, əxlaqsız, dövlətini sevməyən sayları bağlamaq lazımdır!”



Bu arada, M.Əsədova dünən telekanallardan birinin efirindən Sərxan Kərəmoğlu haqda təhqir söyləyib. O, aparıcının ünvanına “sən kişi deyilsən” söyləyib. Sərxan da öz növbəsində Mətanətə olduqca ağır cavab verib.

Xatırladaq ki, bu günlərdə sosial şəbəkələrdə Mətanət Əsədovanın içki içərkən çəkilmiş videosu yayılıb. Görüntüdə M.Əsədova bir neçə üzü görünməyən kişilərlə bir masada əyləşib. Həmin şəxslər içkinin təsirindən söyüş söyüblər.

Mövzunu davam etdirəcəyik.



Mətanətin videosu ortalığı daha da qarışdırdı, Manaf Ağayev videomüraciət yaydı – VİDEO


Mətanətin videosu ortalığı daha da qarışdırdı, Manaf Ağayev videomüraciət yaydı – VİDEO


Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər