“MDB də, KTMT də cəfəng qurumlardır”















Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi bloku yanında müşahidəçi və tərəfdaş statuslarında təmsilçilik yaradılacaq.
Maraqlıdır, KTMT-nin bu şəkildə genişləndirilməsi hansı zərurətdən irəli gəlir? Bu proses Azərbaycan üçün hər hansı təhlükə kəsb edirmi?
Moderator.az-a açıqlama verən politoloq Sədrəddin Soltan KTMT-i əhəmiyyətsiz qurum kimi xarakterizə etdi:
“Azərbaycan bir müddət bu qurumun üzvü olub. Lakin bəlli bir müddət sonra bu qurumda iştirakdan imtina etdi. Bəyan etdi ki, Ermənistan işğalçıdır, Azərbaycan torpaqlarını işğal edib. Bu səbəbdən də sözügedən qurumda iştirakını dayandırdı. Bu gün Azərbaycan daha çox NATO-ya üzv olmaq istiqamətində fəaliyyət göstərir. NATO-nun tərəfdaşlıq proqramında iştirak edir. Həm NATO-da, həm də KTMT-də olmaq düz deyil. Bunlardan yalniz birini seçmək lazımdır. Rusiya bəyan edib ki, KTMT NATO-ya alternativ deyil. Vaxtiylə NATO-ya qarşı keçmiş SSRİ Varşama Müqaviləsi Təşkilatı yaratmışdı. SSRİ-nin dağılması ilə bu qurum da dağıldı. Bu quruma üzv olan Şərqi Avropa ölkələri bu təşkilatdan çıxdı. Rusiya manevr edərək, SSRİ dağılandan sonra MDB yaratdı. Varşava Müqaviləsi Təşkilatına da alaternativ olaraq KTMT yaratdı. Istər MDB, istərsə də KTMT cəfəng qurumlardır. Bu qurumların üzv dövlətlərin təhlükəsizliyinin təmininə heç bir xeyri yoxdur.
Azərbaycan KTMT-də necə yer ala bilər ki, bu qurumun aparıcı ölkələrindən olan Ermənistan torpaqlaırmızı işğal edib? Halbuki, KTMT-nin yaradılmasında məqsəd bu quruma üzv ölkələri xarici təcavüzdən qorumaq olub. Ermənistan özü isə təcavüzkarlıq siyasəti həyata keçirib. Məntiqlə Ermənistanın bu təcavüzünün qarşısı quruma üzv digər dövlətlər tərəfindən alınmalı idi. Lakin heç nə baş vermədi. Odur ki, bu qurumda təmsilçiliyin ölkəmiz üçün hər hansı faydası yoxdur”.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər