Sumqayıtdakı yol bu səbəbdən çökübmüş – Video+Fotolar














Bir neçə gün öncə Sumqayıt şəhərində yolun çökməsi və bayram günləri ilə bağlı olaraq hələ də təmir edilməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bu gün “Qafqazinfo”nun əməkdaşları hadisənin baş verdiyi 20-ci məhəllə, Kamran Hüseynov küçəsində olublar. Hazırda ərazidə “Azərsu” ASC-nin əməkdaşları iş aparır. Yol təxminən 5 metr məsafə aralığında 2 yerdən çöküb.

Sumqayıt şəhər Sukanal İdarəsinin baş texnoloqu Teyyub İsmayılov saytımıza açıqlamasında bildirib ki, hadisə avqustun 21-də axşam saat 21:30 radələrində baş verib:“600 millimetrlik kanalizasiya xəttinin bu hissəsində sızma nəticəsində qəza olub. Qəzanın aradan qaldırılması üçün işlər görülür. Sumqayıt şəhəri ötən əsrin 50-ci illərində salınıb. Bu xətt də həmin vaxt çəkilib. İstismar müddətinə keçdiyi üçün suyun sızması təbiidir. Yolun alt hissəsi qum olduğu üçün sızma nəticəsində çöküntü olub. Biz indi alternativ variant kimi əvvəlcə su pompalarından istifadə edərək borulara gələn axıntının qarşısını alırıq. Daha sonra su nasoslarıyla kanalizasiya xəttindən gələn tullantılar digər quyudan xəttə ötürülür. Yəni çökmə olan hissədə bir növ körpü yaradılıb”.

T.İsmayılov bundan sonra görüləcək işlərdən də danışıb: “Hazırda Sumqayıt şəhərinin 80 faizi su ilə təmin edilib, yaxın ətrafda bəzi yerlərdə suyun verilməsi dayandırılıb. Bir neçə saata bu problem də aradan qaldırılacaq və bütün əhali içməli su ilə təmin olunacaq. Kamran Hüseynov küçəsinin çökmə baş verən ərazisində yolun 40 metrlik hissəsi qazılaraq yeni boru xətti ilə əvəzlənəcək. Ondan sonra yol da nəqliyyat vasitələrinin istifadəsinə veriləcək. Təxminən sabah, yəni avqustun 25-də biz kanalizasiya xəttinin çəkilməsi ilə bağlı işləri tamamlayacağıq”.

Qeyd edək ki, kanalizasiya xəttinin partlaması nəticəsində yaşayış sahəsini kəskin üfunət iyi bürüyüb.









Sumqayıtdakı yol bu səbəbdən çökübmüş – Video+Fotolar


Sumqayıtdakı yol bu səbəbdən çökübmüş – Video+Fotolar

Sumqayıtdakı yol bu səbəbdən çökübmüş – Video+Fotolar

Sumqayıtdakı yol bu səbəbdən çökübmüş – Video+Fotolar

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər