hadise
25.08.2018, 15:33
Dörd nəfərin öldüyü qəza ilə bağlı rəsmi - Açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Göyçayda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, avqustun 24-də saat 23 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində Aqşin Abdullayevin idarə etdiyi “Mercedes” və Ənvər Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə Ə.Əhmədov və sərnişinlərdən Ramil Salmanov, onun arvadı Gülnar, oğlu Azər hadisə yerində ölüb.
Digər avtomobilin sürücüsü A. Abdulllayev də daxil olmaqla daha 6 sərnişin xəstəxanaya yerləşdirilib.
Göyçay RPŞ tərəfindən araşdırma aparılır.


