Məktəbli formaları neçəyə başa gəlir? – REPORTAJ


















Yeni dərs ilinə bir aydan az vaxt qalıb. Həftənin ilk iş günündən nisbətən ucuz məktəbli ləvazımatları almaq istəyənlər üçün metro stansiyalarının qarşısında satış yarmarkaları fəaliyyətə başlayacaq.

Paytaxtın əksər ticarət mərkəzlərində, bazar və yarmarkalarda isə artıq məktəbli formalarının satışına başlanıb. Hətta bir neçə mağazada məktəbli dəstlərinin Bakı Tikiş Evinə (BTE) məxsus olduğunu bildirən elanlar da vurulub. Amma elə həmin mağazalar da daxil olmaqla əksər satış nöqtələrində Çin və Türkiyədən gətirilmiş, BTE-nin geyimlərindən fərqlənməyən şalvar, yubka və pencəklər də satılır. Satıcılar deyir ki, Türkiyədən yalnız şalvar və yubkalar gətirilib, çünki geyimlərin parçası keyfiyyətli olduğundan bu dəstlər BTE-nin tikdiyi məktəbli formalarından baha başa gəlir.


Metronun “Əhmədli” stansiyasının yaxınlığındakı yarmarkada hər iki mağazadan birində məktəbli geyimləri satılır. Satıcılardan biri Türkiyə istehsalı şalvarı göstərərək and-aman edir ki, dəfələrlə yuyulsa da, bozarmır, parça xarab olmur. Qiymət isə ölçüyə görə dəyişir, ibtidai siniflər üçün 20, yuxarı siniflər üçün 23 manata təklif olunur. Halbuki BTE-yə məxsus geyim 42 ölçüyə kimi 15, 54 ölçüyə kimi isə 18 manata satılır. Araz adlı satıcı söyləyir ki, BTE-nin dəstlərində hətta düymənin üstündə müəssisənin nişanı vurulub. Çindən gətirilən formalarda pencəyin qoluna, içərisinə BTE-nin əmtəə nişanı vurulsa da, düymələri fərqli olur. “Ötən il başım ağrıdı, dedilər ki, məktəbli formalarının əsas istehsalçısı Bakı Tikiş Evidir, ona görə də, Çindən gətirilən formaları satışdan yığışdır. Gizli mal satmaqdansa, satmamaq məsləhətdir”, – Araz deyir və əlavə edir ki, Çin istehsalı saxta malları “Sədərək” ticarət mərkəzindən tapmaq olar. Amma şalvarın materialına, tikilişinə diqqətlə baxmaqla onun saxta və keyfiyyətsiz olduğunu ayırd etmək mümkündür.

Nizami rayonundakı 4 saylı bazarda (“Vosmoy bazarı”), eləcə də “Xalqlar Dostluğu” yarmarkasında hər ölçüdə məktəbli formaları satışdadır. Bakı Tikiş Evi konkret qiymət müəyyənləşdirsə də, bəziləri geyimlərə endirim təklif edir, bu da formaların Çin istehsalı olması ehtimalını irəli sürməyə əsas verir. Baxmayaraq ki, satıcılar ciddi-cəhdlə Çin malı satmadıqlarını iddia edirlər. Onların sözlərinə görə, bəzən hətta 50 qəpik endirim alıcını fikrindən daşındırır, alver baş tutur. Buna görə də, endirim etməli olurlar.



Valideynlərin istəyi nəzərə alınaraq bu ildən məktəbli geyimlərini dəst kimi deyil, tək-tək də almaq mümkündür. Satıcılar onu da deyirlər ki, bu yenilik təkcə valideynlərə deyil, onlara da sərf edir. Çünki çox adam şalvar, yaxud yubka almaq üçün pencək və jileti də məcburiyyət qarşısında alırdı. İndi isə kimin nəyə ehtiyacı var yalnız onu alır.

İki övladı üçün məktəbli forması seçən Tahirə Quliyeva da geyimlərin tək-tək satılmasından razı qalıb. Onun sözlərinə görə, jilet və pencəyə xərcləyəcəyi pula iki köynək alıb.

Digər alıcı isə formaların dizaynında, rəngində dəyişiklik edilməməsindən məmnundur, deyir ki, kiçik qızı böyük bacısının formasını geyinəcək. Çünki geyimdən yalnız bir tədris ili istifadə edib, təzəsindən fərqlənmir. Böyük qızına isə yubka və köynək alacaq. Satışdakı köynəklərin qiyməti 14 manatdan başlayır. Bu il geyim cəmi 32 manata başa gələcək və məbləğ onu razı salır. Virtualaz.org

Məktəbli formaları neçəyə başa gəlir? – REPORTAJ


Məktəbli formaları neçəyə başa gəlir? – REPORTAJ


Məktəbli formaları neçəyə başa gəlir? – REPORTAJ

Məktəbli formaları neçəyə başa gəlir? – REPORTAJ


Məktəbli formaları neçəyə başa gəlir? – REPORTAJ

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər