gundem
1.09.2018
Baxtadze Yerevana gedəcək

Gürcüstanın baş naziri Mamuka Baxtadze Yerevana səfər edəcək.
Gürcüstanın “Birinci kanal”ına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib:
“Mən Mamuka Baxtadze ilə telefonda danışdım, onu yeni vəzifəsi münasibətilə təbrik etdim. Hələlik bəzi detalların dəqiqləşməsini gözləyirik. Bundan sonra Baxtadze Ermənistana rəsmi səfər edəcək”.
Səfərin oktyabrın əvvəllərinə planlaşdırıldığı ehtimal edilir.


