Gürcüstanın iqtisadi uğurlarının arxasında nə durur? – ŞƏRH
















Son bir ildə Gürcüstanda ümumi daxili məhsul nə az-nə çox 7,5 faiz artıb. Bu haqda ölkənin yeni baş naziri Mamuka Baxtadze bildirib. Onun fikrincə, bu, hökumətin düzgün iqtisadi siyasət yürütməsi, işadamlarına münbit şərait yaratması ilə bağlıdır.

Müşahidəçilər isə başqa amillərə də diqqət etməyi məsləhət görürlər. Baş nazirin Dövlət Statistika Komitəsinə istinadla yaydığı rəqəmlərə görə, son bir ildə ixracda rekord artım (50 faiz) müşahidə edilib. Mamuka Baxtadze baş nazir vəzifəsinə yenicə təyin edilib. Bəs bu iqtisadi uğur kimin xidmətidir?

İqtisadiyyatda nəzərçarpacaq inkişaf bu ilin əvvəlindən müşahidə edilməyə başlanıb. Bu ilin 5 ayı ərzində ÜDM 6,1 faiz artıb, ticarət dövriyyəsində 24,5 faizlik artım olub, ixrac 28, idxal isə 23,4 faiz artıb. Ekspertlər düşünürlər ki, bu inkişafı təkcə hökumətin siyasəti ilə izah etmək düzgün deyil.

İvan Cavaxişvili adına Yniversitetin professoru İosif Arçvadze deyir ki, bundan əvvəl maliyyə naziri vəzifəsində çalışmış baş nazir Baxtadzenin bəzi qanunvericilik təşəbbüsləri ölkədə iqtisadi mühitin sağlamlaşdırılmasında müəyyən müsbət rol oynayıb.

Professor bu təşəbbüslər arasında kiçik və orta biznesin vergi yükünün azaldılmasını, işadamlarını ruhlandıran daha liberal vergi məcəlləsinin hazırlanacağı anonsunun verilməsini göstərir. Amma, onun sözlərinə görə, Gürcüstan iqtisadiyyatı o qədər kiçikdir ki, iqtisadi tərəfdaşlarının uğurları onun iqtisadiyyatına dərhal müsbət təsirini göstərir.



İqtisadi ekspert Akaki Tsomaya da bu fikirlə razıdır:

“İqtisadiyyatımızdakı artım ticarət tərəfdaşlarımız olan ölkələrdəki durumla əlaqədardır. O cümlədən ixracımızın artması, turizm, nəqliyyat sahələri. Bura xaricdən köçürülən pulların miqdarını da əlavə etmək olar. Məsələn, bu ilin ilk kvartalında Ermənistanda da iqtisadi artım 10,6 faiz olmuşdu. Amma bu, Ermənistanı çalxalanmadan xilas etmədi. Maraqlıdır ki, 2015-ci ildə Gürcüstanda iqtisadi geriləmə müşahidə olunanda hökumət bunu xarici faktorlarla bağlayırdı, indi isə uğuru öz xidməti kimi təqdim etməyə çalışır. Yaddan çıxarmaq olmaz ki, bizim ixracat faydalı qazıntıların satılması və reeksporta əsaslanır. Bizim məhsullar daha çox MDB məkanı üçün nəzərdə tutulub. Avropa və ABŞ üçün yox. Bu disbalans aradan qalxmayınca, iqtisadiyyatımız xarici faktorlardan asılı olaraq qalacaq. O ki qaldı islahatlara, bunlar uzunmüddətli yox, daha çox qısamüddətli effektə hesablanlb”. (Azadlıq radiosu)


Gürcüstanın iqtisadi uğurlarının arxasında nə durur? – ŞƏRH

Son xəbərlər

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Bütün xəbərlər