idman
10.09.2018, 09:26
“Qarabağ”ın futbolçusu millidə zədələndi

“Qarabağ”ın bolqarıstanlı futbolçusu Simeon Slavçev millinin heyətində zədələnib.
Millətlər Liqasının C Liqasının III qrupunda yer alan Bolqarıstan evdə Norveçi 1:0 hesabı ilə məğlub edib.
Simeon Slavçevin adı son anda oyunun iştirak ərizəsindən çıxarılıb. O, oyunöncəsi isinmə hərəkətlərini yerinə yetirən zaman zədə alıb. Futbolçunun son durumuna sabah keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Slavçev 2013-cü ildə çıxış etdiyi Bolqarıstan millisinin heyətində 18 oyun keçirib.


