Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov nələr edir?

Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədovun barəsində redaksiyamıza ilginc məlumatlar daxil olur.
Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. 1925-cı ildə bağ dövlət mülkiyyətinə keçmiş sonradan müxtəlif təşkilatların tərkibində olmuşdur. 1924-1926-cı illərdə Ümumittifaq Tədbiqi Botanika İnstitutunun Təcrübə Bazası 1926-1936 -cı illərdə Ümumittifaq Bitkiçilik İnstitutu 1936-1945 — ci illərdə Subtropik bitkillərin təcrübə stansiyası 1945-1964 -cü illərdə E.T. Bağçılıq, Üzümçülük və Subtropik bitkilər İnstitutunun Təcrübə Bazası 1964-1966- cı illərdə isə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir. 1966-1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil olmuşdur 1996-cı ildən isə AMEA-nın Rəyasət Heyyətinin və Biologiya Elmlər bölməsinin qərarı ilə Mərdəkan Dendrarisi Biologiya Elmləri bölməsinə tabe edilmiş, ona hüquqi status verilmişdir. 2014-cü ildən AMEA-nın Rəyasət Heyyətinin qərarı ilə Dendrologiya İnstitutu adına laiq görülüb. Hazırda Dendrologiya İnstitutu Dünya Botanika bağlarının üzvüdür. 100-dən çox botanika bağları ilə qarşılıqlı əməkdaşlıq edir
Hörmətli və dəyərli izləyicilərimizin diqqətini Dendrologiya İnstitutunda gedən qanun pozuntularına çəkmək istədik. Redaksiyamıza daxil olan məlumatlarla bağlı araşdlrma qrupumuz məşğuldur. Daha ətraflı və faktlara söykənən yazımızı sizlərə təqdim edəcəyik.
Müraciətlərdə direktor Tofiq Məmmədovun İnstitutda ailə podratı yaratmaq, işçiləri iş saatından artıq işlətməsindən, ölü canlardan və digər qanun pozuntularından söhbət açılır.
Jurnalist araşdırmasının zəruri olduğu məlumatla bağlı araşdırma qurupumuz sözü gedən Dendrologiya İnstitutunda olacaq.
Hərtərəfli araşdırmalarımızın nəticəsini və faktları sizlərə təqdim edəcəyik./Vetenperverler.az
Bizi izləyin. ![]()


