”Oğlumu Zaur Baxşəliyevin verilişinə çıxarmaq üçün 500 manat istədilər”











“Gözümün ağı-qarası bir övladım var. O da həkimlərin səriştəsizliyi, naşılığı ucbatından 5 aylığından serebral iflicdən (baş beyinin doğuşdanöncə, doğuş vaxtı və ya doğuşdan sonra, müxtəlif səbəblərdən zədələnməsi-red) əziyyət çəkir. Döymədiyim qapı, yanına getmədiyim həkim qalmayıb. Amma balamın dərdinə çarə tapılmır. Həkimlər mənə kələk gəlir, pulumu alır, amma uşağın səhhətində heç bir irəliləyiş olmur”.

Bunu Meydan TV-yə Ağdam rayonu, Xındırıstan kənd sakini Famil Əliyev söyləyir.

O deyir ki, oğlu Ramal 2014-cü ilin fevralında doğulub. 5 aylığındaykən səhhəti qəfil pisləşən uşağı təcili Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparıblar:

“Uşağın qarnı işlədi, qusma oldu. Sən demə, oğlum qızdırmadan gizli qıcolma keçirib, həkim də bunu bilməyib. Uşağa sistem köçürdü, sonra evə gəldik. Uşaq yatdı, duranda gördük ki, tamam başqa bir vəziyyətdədir, qolları, əlləri, ağzı əyilib. Sonradan bildik ki, belə vəziyyətdə uşağa sistem köçürmək olmazmış. 2014-cü il avqust ayının 9-dan bu günə kimi Bakı yollarında qalmışıq. Uşaq aylarla xəsətəxanalarda yatıb. Həm pulumuz gedir, həm əsəblərimiz korlanır. Amma Ramalın səhhətində heç bir irəliləyiş yoxdur”.

F.Əliyev deyir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məktub yazıb. Cavab özünü çox gözlətməyib, məktub Ağdam Rayon Mərkəzi Xəstəxanasına yönləndirilib:

“Xəstəxanada dedilər ki, uşağın dərmanlarını əczaxanadan pulsuz ala bilərsiniz, həmçinin fizioterapiyası və masajı pulsuz olacaq. Buna baxmayaraq, sadaladıqlarımızın hamısını pulla etdirdik. Çünki pul verməyəndə, uşağa başdansovdu yanaşırlar. Beş ildir ki, uşağın hər müalicəsini özümüz etdiririk, bütün xəstəxanalara da pul veririk”.

“Bu yaxınlarda ikinci dəfə yenə Heydər Əliyev Fonduna məktubla müraciət etdim, hələ ki, cavab gəlməyib. Uşağın fiziki imkanı məhdud olduğu üçün dövlətdən 70 manata yaxın sosial yardım alırıq. Bu pul çox azdır, müalicəsi isə bahadır” – şikayətçi deyir:

“Bildiyim qədərilə, bu xəstəliyə görə diaqnozun tez qoyulması və müalicəyə vaxtında başlanılması müəyyən nəticə verir. Amma biz normal bir həkim tapa bilmirik. Deyilənə görə, xəstəliyin müalicəsi İsrail və Almaniyada mümkündür. Ona da bizim imkanımız çatmır. Uşağın yalnız başına görə ay ərzində 400 manat pul lazımdır. Bizim də buna imkanımız çatmır.

Bakıda bir çox xəstəxanaya apardıq, heç kim üzərinə götürmədi. Götürənlərin də nəticəsi olmadı. Həkimlər deyir ki, gəzəcək, danışacaq. Bunun üçün güclü müalicə lazımdır. Uşaq hazırda özəl klinikalardan birində müalicə alır”.

Famil Əliyev söyləyir ki, həkim axtarışına görə yerli telekanllara müraciət etmək qərarına gəlib:

“Düşündüm ki, yaxşı həkim taparam, həm də uşağı efirdə görüb, yardım etmək istəyənlər tapılar. Ramalı Zaur Baxşəliyevin aparıcısı olduğu “BizimləSən” verilişinə çıxarmaq istədim. Məndən 5 yüz manat pul istədilər. Fikirləşdim ki, həmin pulu onlara verməkdənsə, uşağımın iynə-dərmanına xərcləyərəm”.

“Uşaq 5 aylığında 40 gün xəstəxanada yatıb. Məcburiyyətdən, küçələrdə gecələmişəm. Zibilxanalardan karton yığıb, yerə sərib üstündə yatmışam. İmkanım yoxdur, evim başıma uçur, ötənilki zəlzələdən sonra qəza vəziyyətindədir, yaşamaq mümkün deyil. Amma mən 3 övladım və yoldaşımla orada yaşayıram. Əlimə düşən pulu xəstə uşağımın yolunda xərcləyirəm. Sözüm onadır ki, mənə normal həkim versinlər, övladımı sağaldıb, ayağa qaldırsın”.
”Oğlumu Zaur Baxşəliyevin verilişinə çıxarmaq üçün 500 manat istədilər”










Ramalın anası Esmira Əliyeva Ağdam rayonu 66 saylı köçkün tam orta məktəbində ingilis dili müəllimidir. Hazırda o, uşağının səhhəti ilə əlaqədar işləmir. Deyir ki, tezliklə övladının sağalacağı günü gözləyir.

“BizimləSən” verilişinin redaktoru Təranə Mahmudova şikayətçinin dediklərini təkzib edib. O, Meydan TV-yə deyib ki, Zaur Baxşəliyev öz maaşını imkansız və kimsəsiz adamlara yardım məqsədilə xərcləyir:

“Bu adam cibinə maaş qoymur. Pulu alır, ona-buna kömək edir. Bunu biz, onunla işləyən komandası bilir. Zaur Baxşəliyevin 500 manata ehtiyacı yoxdur. Uzun illərin aparıcısıdır, özünə hörmət qoyan adamdır. Onun kiminsə puluna ehtiyacı yoxdur. Famil Əliyevi ATV telekanalında gözləyirik. Yaxınlaşsın, aydınlaşdıraq, Zaur Baxşəliyev özü onunla görüşsün görək, ondan pulu kim istəyib”.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər