Söyüşə görə dostunu bıçaqladı: “Elə söydü ki, burada deyilməli deyil”













Söyüşə görə dostunu bıçaqlayana şəxs hakim qarşısına çıxarılıb. O, əməlini etiraf edib.

AzNews.az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində anasını söyən dostunu bıçaqlamaqda təqsirləndirilən 1994-cü il təvəllüdlü Eltun Salamovun məhkəməsi keçirilib.

Hkim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib.

İttihamda yazılır ki, E.Salamov 2018-ci il iyulun 4-də Xəzər rayonu, Şağan qəsəbəsində baş verib.

Eltun dostu Çingiz Adıgözəlova onu söyüb təhqir etməsinə görə iki bıçaq zərbəsi vurub. Xəstəxanaya yerləşdirilən Ç. Adıgözəlovun həyatını xilas etmək mümkün olub.

Sərbəst ifadə verən Salamov özünü təqsirli bilib və ittihamı qəbul etdiyini deyib.

Qeyd edib ki, Çingizi çoxdan tanıyır və münasibətləri yaxşı olub.

“Çingiz Şağanda kafe işlədirdi. Həmin gün orada yemək yedik. O araq içmişdi, mübahisəmiz düşdü, məni, valideynlərimi, söydü. Elə söydü ki, burada deyilməli söz deyil. Mən də çıxıb getdim. Ondan bir neçə gün əvvəl dostlarımla dənizə getmişdik. Orada qarpız, kolbasa doğramaq üçün bıçaq götürmüşdüm. Qayıdanda da bıçağı yaxınlıqdakı boş həyətə atmışdım. Gedib həmin bıçağı götürüb geri qayıtdım. Gəlib Çingizlə yenidən mübahisə etdim, onu bıçaqladı”- deyə təqsirləndirilən şəxs bildirib.

Məhkəmədə zərərçəkmiş Ç. Adıgözəlov iştirak etməyib.

Məhkəmə posesi sentyabrın 26-da davam etdiriləcək.

Qeyd edək ki, E.Salamov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Səhər saatlarında dəhşətli qəza: Bir ailənin 4 üzvü...

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Bütün xəbərlər