"Futbola baxacaqdım, gördüm televizoru satıb, öldürdüm"









Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "bomj" həyatı yaşayan Zahir Hacıağayevi öldürməkdə təqsirləndirilən Sadiq Nəhmətovun məhkəməsi keçirilib.

Hakim Eldar İsmayılovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib. S.Nəhmətov özünü təqsirli bildiyini deyib: "Mən Zahirin xalası oğlugildə işləyirdim, orada içki içmişdim. Evə gəlib gördüm qapı açıqdır, televizor da yoxdur. Qonşu Gülbəniz dedi ki, Zahir aparıb. Zahir əvvəl də məndən televizoru istəmişdi, verməmişdim. Çünki özünün də televizoru yox idi. Biz ikimiz də futbol azarkeşi idik, bir yerdə baxırdıq. Həmin gün də "Barselona"nın oyunu var idi, futbola baxacaqdım. Gəlib gördüm televizor yoxdu, əsəbiləşdim. Öyrəndim ki, o, televizoru başqasına satıb. Mən də bıçaq götürüb məhəlləyə düşdüm. Feyruzla dayanmışdı, söhbət etdik, söyüş söydü, mən də vurdum. Amma neçə bıçaq vurduğumu bilmədim. Zahir televizoru satdığını etiraf etmədi. Öldürmək fikrim yox idi, qorxutmaq üçün bıçaq götürmüşdüm".


Sunamhacı Hacıağayeva deyib ki, Z.Hacıağayev onun qaynı olub: "Zahirin bir qardaşı var, o da cəza evindədir. Hadisəni mən sonradan bilmişəm. Zahir atası ilə yaşayırdı, hadisədən öncə atası təzə rəhmətə getmişdi. Onun narkotik çəkdiyini bilirdik. İndi şikayətçi deyiləm, bu, onların öz aralarında olan məsələdirr.

Proses martın 27-də davam etdiriləcək.

İttihama görə, 2017-ci ilin noyabr ayında Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində 1965-ci il təvəllüdlü Zahir Hacıağayevi 1981-ci il təvəllüdlü tanışı S.Nehmətov bıçaqlayaraq öldürüb. Z.Hacıağayev əvvəllər məhkum edilib. O, tüfeyli həyat yaşayıb.

Mənbə: qafqazinfo

Son xəbərlər

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

Bütün xəbərlər