Məmmədyarov dünyaya səsləndi: "Ermənistana təzyiq edin"











Azərbaycan dünya ictimaiyyətini BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Ermənistana təzyiq göstərməyə çağırır.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyasının müzakirələrində çıxışı zamanı deyib.

E.Məmmədyarov bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyəti beynəlxalq hüququn təmin olunması məqsədilə Ermənistana təzyiq göstərməyə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dərhal və şərtsiz yerinə yetirməyə çağırır:

“Ermənistanın yeni rəhbərliyi anlamalıdır ki, erməni xalqına iqtisadi cəhətdən inkişaf etmiş və firavan bir dövlət qurmaq vədləri sülh, qonşuluq münasibətləri və qonşularının suverenliyinə və ərazi bütövlüyünə hörmət etmədən mümkün deyil”.

Bununla yanaşı, nazir BMT tribunasından Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, ölkə əhalisinin 1 milyondan çoxunun qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü xatırladaraq beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin dərhal yerinə yetirilməsinə nail olmaq üçün İrəvana təzyiq göstərməyə çağırıb:

“Əgər Ermənistanın yeni rəhbərliyi özünü demokrat adlandırırsa, onlar qanunun aliliyi və demokratik dəyərlərə uyğun hərəkət etməlidirlər və doğma yurd-yuvalarından didərgin düşmüş insanlara öz vətənlərinə qayıtması üçün şərait yaratmalı və silahlı qüvvələrini BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların müvafiq qətnamələrində tələb olunduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxartmalıdırlar”.

E.Məmmədyarovun sözlərinə görə, Azərbaycan hesab edir ki, sülh, sabitlik və qarşılıqlı faydalı regional əməkdaşlığa alternativ yoxdur və münaqişənin tezliklə siyasi həllində ən maraqlı tərəfdir./Trend/

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər