gundem
4.10.2018, 09:17
Azərbaycanda zəlzələ oldu

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verir ki, yeraltı təkanlar oktyabrın 3-də, Bakı vaxtı ilə 18:34-də, Şəmkir rayonundan 25 km şərqdə, Samux rayonunun Qarayeri kəndindən 8 km-də şimalda qeydə alınıb.
Yeraltı təkanlar yerin 10 km dərinliyində 3,4 maqnituda gücündə baş verib.
Dağıntı və tələfat barədə məlumat yoxdur./Yenicag.az


