Vaqif Əsədov: “Etinasızlıq, biganəlik Bakı yollarında tıxac yaradır”






“Bakı şəhərində hərəkət iştirakçılarının təhlükəsizliyinin təmini, avtomobil yollarında süni sıxlığın, ləngimələrin, tıxacların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir”.

“Report” xəbər verir ki, bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik Vaqif Əsədov bildirib.

O deyib ki, yeni tədris ilinin başlanması, orta və ali təhsil ocaqlarına bitişik küçə və prospektlərdə hərəkətin intensivliyini nəzərə alaraq, hərəkət iştirakçılarının təhlükəsizliyi diqqət mərkəzində saxlanılır: “Bu məqsədlə sıxlığın müşahidə olunduğu ərazilərdə – yol ayrıclarında, piyada keçidlərində tərəfimizdən hərəkətin tənzimlənməsi üçün günün pik saatlarında əlavə naryadlar cəlb olunur.

Orta məktəblərin yerləşdiyi ərazilərdə, yaxud onlara yaxın yollarda yeraltı və yerüstü piyada keçidlərinin yaxınlığında, piyadalar üçün keçid zolaqlarında mütamadi olaraq reydlər keçirilir, qadağan olunan yerlərdən piyada hərəkətinin qarşısını almaq üçün profilaktiki iş aparılır. Eyni zamanda, sürət həddinin aşılması, yolayrıclarının keçilməsi və ötmə qaydalarının pozulması hallarına yol verən, avtomobilləri sərxoş halda idarə edən sürücülərə qarşı mübarizə tədbirləri diqqətdə saxlanılır.

V.Əsədovun sözlərinə görə, aparılan araşdırma və təhlillər göstərir ki, süni sıxlıq, ləngimələr, tıxac yaradan hallara səbəb olan əsas inzibati xətalar sırasında “dayanma-durma”, “parklanma” qaydalarının tələblərinə etinasız yanaşmadır: “Hər bir hərəkət iştirakçısı, xüsusilə sürücülər nəzərə almalıdır ki, bu etinasızlıq, biganəlik yollarında süni sıxlıq, ləngimə və tıxac yaradır. Bu halları aradan qaldırmaq, hər birimizin hüquq və vəzifəsi olmaqla qalmır, ictimai, həm də sosial məsuliyyətidir. Hər bir hərəkət iştirakçısı – sürücü, piyada yollarda digər insanların qanunla qorunan maraqlarına ehtiramla yanaşmalıdırlar”.

Oxunub: 761

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər