İstanbulda “öldürülən” jurnalistlə bağlı AĞILLARI QARIŞDIRACAQ ƏMƏLİYYAT: sən demə...











Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı müəmma davam edir.

İtkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasından bir daha çıxmadığı bildirilir.

Bu barədə məlumatı Ankara Polis İdarəsi də təsdiqləyib.

Ötən gün isə "Röyter" agentliyi konsulluğa getdikdən sonra itən jurnalistin elə orada öldürülməsi ilə bağlı məlumat yayıb. Agentlik iki türk rəsmisinin itkin düşən Camal Qaşıqçı ilə bağlı fikirlərini yayımlayıb.

“Türk polisinin məsələni ilk dəyərləndirməsi jurnalistin səfirliyin içində öldürülməsi istiqamətindədir. Biz cinayətin əvvəldən planlaşdırıldığına və cəsədin sonradan səfirlikdən çıxarıldığına inanırıq", - agentlik türk rəsmilərindən sitat gətirib.

Dünən “Anadolu” agentliyinin təhlükəsizlik səlahiyyətlilərinə istinadən verdiyi xəbərə görə, oktyabrın 2-də Baş konsulluğa gələn Camal Qaşıqçı buradan ayrılmayıb. Eyni saatlarda iki təyyarə ilə İstanbula gələn və bir hissəsi səudiyyəli olan 15 nəfərin konsulluqda olduğu bildirilib.

Bu gün isə “Yeni Şəfəq” nəşri səudiyyəli jurnalistlə bağlı səhifəsində yeni bir iddiaya yer verib. Nəşr ərəb mediasına istinad edərək “Vaşinqton Post” əməkdaşının Səudiyyə Ərəbistanının kəşfiyyatı və “İnterpol” tərəfindən əvvəlcədən planlaşdırılan bir əməliyyatla üçüncü ölkəyə qaçırıldığını iddia edib. Bu ölkənin isə Livan olduğu bildirilir. Onun həyatda olub-olmadığına dair isə məlumat yoxdur.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ötən gün “Blomberg” agentliyinə müsahibəsində “Türk səlahiyyətlilərinə İstanbuldakı Baş konsulluğumuzda axtarış aparmasına icazə verməyə hazırıq” söyləmişdi. Şahzadənin bu qədər arxayın danışması jurnalistin Türkiyədən çıxarıldığı barədə ərəb mediasının iddialarını güçləndirir./Publika.az

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər