dunya
17.10.2018
Canlı yayım açıb kömək istədi - Polis hərəkətə keçdi

Türkiyənin Bursa şəhərində bir qadın sosial şəbəkədə hesabından canlı yayım açaraq insan alverçilərinin əlində düşdüyünü və həyatının təhlükədə olduğunu bildirib.
Çağırışından sonra Bursa şəhərinin hüquq mühafizə orqanları tərəfindən polis idarəsinə gətirilən Xədicə adlı qadın verdiyi ilkin ifadədə hər şeyi təkzib edib.
Hadisədən sonra polisə ifadə verən gənc qadının sevgilisi onun narkotik maddə istifadəçisi olduğunu və bütün bunları xəyal etdiyini deyib.
Polis narkotik maddə asılılığı olan qadını ailəsinə təhvil verib./Teleqraf.com


