Prezidentin Biləsuvar səfərində bir iş yeri göstərilmədi: PA Mahir Quliyevə qəzəbli...






Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısı vəzifəsinə yeni təyinat gözləntisi var

Sabiq diaspora komitəsi sədri Nazim İbrahimovun qohumu olan hazırkı başçı Mahir Quliyevlə vidalaşırlar. Onun yerinə 1-ci müavini postunu tutan Xanlar Məmmədovun adı çəkilsə də,inandırıcı olmadığı bildirilir.

Biləsuvar RİH postu vəzifəsinə Ağdam, Binəqədi kimi rayonlara təyin edilən tanınmayan kadrlardan gətiriləcəyi deyilir. M.Quliyevin adı o qədər mətbuatda hallanıb ki, artıq limiti bitib.

Prezidentin bu günlərdə Biləsuvara səfərindən sonra M.Quliyevin fəaliyyəti ilə bağlı bir sıra məsələlər məruzə olunub. Ona görə rayon rəhbərinin dəyişəcəyi deyilir.

Səfər çərçivəsində prezidentə iş yerlərinin açılması, rayonda görülən abadlığa dair bir fakt göstərilməyib. Yalnız Gənclər evinin və Bayraq muzeyinin açılışı olub.

Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun salınmasının isə RİH-lə əlaqəsi yoxdur. Dövlət başçısı tapşırıb ki, İH başçıları xalqa xidmət etsin, iş yerləri açılsın, sahibkarlara şərait yaradılsın. Biləsuvarda isə heç bir inkişaf getməyib. Heç bir müəssisə, fabrik barəsində prezidentə məlumat verə bilməyib. Çünki M.Quliyevin vəzifəsi mərkəzdə yerləri satmaqdır.

Bildirilir ki, Mahir Quliyev icra başçısı təyin olunandan sonra rayonda özü üçün 1000 hektardan çox torpaq sahəsi ayırıb. Orada taxıl, qarpız və sarımsaq əkdirir. Onunla yanaşı müavinlər və şöbə müdirləri də böyük torpaq sahələrini ələ keçiriblər.

Şoran torpaqlarda əkinçiliklə məşğul olmağın heç də asan olmadığını bildirən biləsuvarlılar dövlət proqramlarından yararlanmaq istəyirlər. Amma kimsə onların müraciətlərinə əhəmiyyət vermir.

Başqa bir məlumatda isə bildirilir ki, Biləsuvar rayonuna kifayət qədər böyük məbləğdə dövlət vəsaitləri ayrılsa da rayonda ciddi heç bir iş görülmür. Buna görə də icra hakimiyyətinin fəaliyyətindən ciddi narazılıqlar var.

Cahan.info cumhuriyyet.net saytına istinadla xəbər verir ki, icra başçısı vaxtının çox hissəsini paytaxtda keçirir. Bunun səbəbini ondan soruşmaq lazımdır. Onu rayonda tapmaq, qəbuluna düşmək çox müşkül məsələdir. Əhali sosial problemlərin içində itib-batır, amma başçı öz hayındadır.

Ötən 6 il ərzində cənab prezident Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə bir neçə sərəncam imzalayıb və dövlət büdcəsindən milyonlar ayrılıb. Təəssüf ki, həmin vəsaitlərin istifadə olunması zamanı şəffaflığa riayət olunmayıb.

Bir müddət əvvəl isə Biləsuvar rayon Xırmandalı kəndinin bir qurup qadınları rayon icra hakimiyyətinin təziqlərinə məruz qalmışdı. Qadınların deməsinə görə, ailələrinin dolanşığı yaxşılaşdırması məqsədi ilə, Biləsuvar rayonundan Cəlilabad rayon Göytəpə şəhər ərazisndəki çiyələk sahəsində fəhlə işləməyə gəlirlər.

Şikayətçilər bildirir ki, Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevin göstərişi ilə icra hakimiyyətinin müavini Xanlar Məmmədov qarşımızı kəsib, pambıq sahələrində gedib işləməyə məcbur edirlər. Şikayətçilər onuda bildiriblər ki, keçən il 2016-cı ildə İcra hakimiyyəti tərəfindən pambıq sahəsində işləmişik, bu günə kimi pulmuzu ala bilmirik. Bizə sərf etmir orada işləmək. Pul versələr də 7 manata səhərdən axşama kimi işləyirik. Oda bizə sərf etmir.

Əlbəttə ki, “Sahil” restoranında ofisianta bir rayonu etibar etməyin sonu belə də olmalıydı. Onun səriştəli xidmətçi olması və fərasətli biznes adamı kimi gözə girməsi o demək deyildi ki, hansısa rayona rəhbərlik edə bilər. Kimə desən gülər – istər Avropada, istər müasir idarəetmə mexanizmində…Bir rayonun camaatının taleyi ofisianta həvalə olunub.

Bakının vaxtilə prestijli restoranlarından olmuş “Sahil”də ofisiant Mahirin günün birində çiçəyi çırtlayır.Ofisiant Mahirin karyera yüksəlişi elə bir sürətlə gedir ki, gözünü açanda özünü restoranda yox, Astara rayon İcra Hakimiyyəti başçısına aid kabinetdəki kresloda görür. Ofisiant Mahir özü də gözlərinə inanmır.

Onun nə vaxtsa bu restoranda qulluq etməkdən, ayrı-ayrı imkanlı adamların, vəzifəli şəxslərin qabağına sifarişləri gətirməkdən canı qurtaracağı ağlına da gəlməzdi. Bu, Kamal Sunalın (Şaban) “Deli deli kupeli” filmindəki bələdiyyə sədrinə oxşayır.

Kinoya baxanlar yaxşı bilir. Düzdür, orada Şabana kifayət qədər ədalətli məmur idi. Beləcə, ofisiant Mahir də günlərin birində Astarada təxminən eyni taleyi yaşayır. Amma onun idarəçiliyi Şabandan çox fərqlənir.

Ofisiant Mahir olur – icra başçısı Mahir Quliyev və onun təyinatına dəstək olan himayəçilərinin gözündə yaxşı biznesmenə çevrilir. Havadarları yanılmırlar və tezliklə icra hakimi postunda istəklərini reallaşdırır. Əvvəlcə Astaranı çapıb talayır, satmadığı yer saxlamır, qarış-qarış rayonu peşkəş edir.

Sonra bu fərasəti və səriştəsi karyerasını yüksəltməyə imkan qazandırır. Onu Biləsuvara icra başçısı gətirirlər. Bu dəfə Mahir Quliyev keçmişdəki günlərin geridə qaldığına, “Sahil”dəki fəaliyyətinin bitdiyinə arxayınlaşır. Başa düşür ki, kimlərəsə lazımdır. Nəticədə qollarını çırmayıb Biləsuvarı xışlamağa başlayır. O gün – bu gün rayonu tar-mar edir./Cahan.info

Son xəbərlər

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bütün xəbərlər