dunya
7.11.2018, 09:52
Rusiya və Türkiyədən dollara daha bir zərbə

Rusiya Turizm Agentlikləri Birliyi (ATOR) 6 noyabrdan etibarən Türkiyəyə səyahətdə qiymətlərin dollar əvəzinə avro ilə hesablanacağını açıqlayıb.
“dogruxeber.tv” “Posta”ya istinadən xəbər verir ki, valyuta dəyişikliyinin qiymətlərdə ciddi artıma səbəb olmayacağı bildirilib.
Lakin, 2019-cu ilin yazından etibarən qiymətlərdə 15 faizlik bahalaşmanın olacağı gözlənilir.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları aralığında Türkiyəyə 5,2 milyon rus turist səyahət edib.


