Bakıdakı 316 saylı məktəbin şagirdləri hər gün necə əzab çəkir…









Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 316 saylı məktəbin şagirdləri səhər saatlarında avtomobil tıxacını yarıb məktəbə girə bilmirlər. Günorta və axşam saatlarında isə onların məktəbdən çıxıb evlərinə getməsi eyni əzabla müşaiyət olunur.

Virtualaz.org bu ərazidə yaşayan sakinlərə istinadən bildirir ki, tıxacın səbəbi “Buta Palace” dairəsindən ayrılan və bu məktəbin yaxınlığından keçən, “Şuşa” qaçqınlar qəsəbəsinə və daha sonra Maştağa qəsəbəsinə istiqamətlənən avtomobil yolunda səhər və axşam saatlarında hərəkətin olduqca intensiv olmasıdır. Yol isə cəmi iki zolaqlıdır, yəni pik saatlarında nəqliyyat axınının öhdəsindən gələ bilmir. Və hərəkətin bu cür intensiv olduğu yolun məktəbin qarşısından keçən hissəsində nizamlanan piyada keçidi-işıqfor qoyulmayıb. Nizamlanmayan piyada keçidinə isə məhəl qoyan demək olar yoxdur. Nəticədə bu yolda dəfələrlə məktəblilərin avtomobillə vurulması halları baş verib.

İndi isə həmin məktəbə donən yolun düz kənarında böyük kommersiya obyektinin tikintisi gedir. Sakinlər deyirlər ki, obyekt istifadəyə veriləndən sonra bu yol ayrıcında yaşanan xaos daha da dərinləşəcək.



Deyilənlərə görə obyekt rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərindən birinə məxsusdur. Onların sözlərinə görə, prezident İlham Əliyevin qeyri-qanuni tikililərin qarşısının alınması ilə bağlı xəbərdarlığından sonra bir müddət bu obyektin də tikintisi dayandırılıb. Lakin sonra yenidən və bu dəfə daha böyük miqyasda tikintiyə başlayıblar.

Sakinlər həm də məktəbin qarşısındakı təxminən 40-50 metrlik ərazidə daim palçıq gölməçələrinin olmasından şikayətçidirlər. Tıxacdan çətinliklə canını qurtaran məktəblilər bu dəfə də dizə qədər palçığa batırlar. Artıq 15 ilə yaxındır ki, istifadəyə verilən məktəbin qarşısındakı ərazi asfalt üzü görmür.

Qəsəbə sakinlərinin şikayətini araşdırmaq üçün Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov virtualaz.org-a açıqlamasında bildirdi ki, sözügedən obyektin icra hakimiyyəti rəsmiləri ilə heç bir bağlılığı yoxdur. Həm də həmin ünvanda obyekt tikintisinə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilməyib.



“Həmin ünvanda bir müddət əvvəl tikintiyə başlanılmışdı. Lakin qeyri-qanuni tikinti olduğuna görə icra hakimiyyətinin Qanunsuz Tikililərlə Mübarizə Komissiyası tərəfindən tikinti dayandırıldı. Amma sonradan həmin sahibkar çatışmayan sənədlərini düzəltdi və yenidən tikintiyə başladı. Obyekt sahibinin icra hakimiyyəti ilə əlaqəsi yoxdur, həmin ünvanda obyekt tikintisinə Şəhərsalma və Arxitektura Komitəsi icazə verib”-Barxudarov deyib.

B. Barxudarov həmçinin qeyd etdi ki, 316 saylı məktəbin qarşısında işıqforun qoyulması ilə bağlı həmin ərazinin yol polisinə müraciət ediləcək: “DYP-nin təqdimatı əsasında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən qeyd olunan ünvanda işıqfor qoyula bilər. Məktəbin qarşısındakı yolun asfaltlanması ilə bağlı sakinlərin müraciətinə gəlincə isə, bununla bağlı məsələ də “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na salınacaq. Ümumiyyətlə, rayon ərazisində 3 milyon kv metrə yaxın məhəllədaxili yolun asfaltlanması nəzərdə tutulub. Bu da həmin plana daxil ediləcək və imkan olduqca asfaltlanacaq”.



Başqa sözlə, məktəbin qarşısındakı 300 kvadratmetrlik ərazinin abadlaşması əslində Suraxanı qəsəbələrinin 3 milyon kvadratmetrlik məhəllədaxili yollarının abadlaşmasından birbaşa asılı imiş. Hansı ki, İcra Hakimiyyəti həmin 3 milyonu gözləmədən 0.0003 milyon kvadratmetri asfaltlamaq üçün bir-iki maşın asphalt tapmaqda çətinlik çəkməzdi.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə məsələ barədə yazılı şəkildə müraciət etməyimizi istədilər: “Bizə ərazidə tikintinin başladığı dəqiq tarix və ünvanla bağlı məlumatı yazılı şəkildə göndərin. Əməkdaşlarımız məsələni yerində araşdırsınlar, bundan sonra sizə məlumat verək”.

Virtualaz.org sakinlərlə həmin tikintinin nə vaxt başladığını dəqiqləşdirməyə çalışıb. Məlum olub ki, tikinti bir neçə ay əvvəl başlayıb, daha sonra dayandırılıb. Amma təxminən 2-3 həftə əvvəl əvvəlkindən iki dəfə böyük ərazidə yenidən başlayıb və hazırda yekunlaşmaq üzrədir.

Son xəbərlər

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Bütün xəbərlər