dunya
24.11.2018
Paytaxtda Biznes Mərkəzinin söküntüsü zamanı TƏHLÜKƏLİ ANLAR yaşandı

Rusiyanın paytaxtı Moskvada təhlükəli anlar yaşanıb. Rusiya mətbuatına istinadən xəbər verir ki, Krasnaya Sosna küçəsindəki biznes mərkəzinin binası sökülərkən dağıntıların bir hissəsi yaxınlıqdakı yola səpələnib.
Şans əsəri sürücülər idarə etdikləri avtomobilləri vaxtında saxlamağa müvəffəq olublar. Hadisədən sonra heç kimin xəsarət almadığı deyilib.
Bildirlir ki, sökülən "Severyanin" biznes mərkəzinin yerində yaşayış kompleksinin tikiləcək.


